Türkiyə XİN Yunanıstanın dəniz səlahiyyət zonalarını pozan xəritəsinə etiraz edib
Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.
Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Türkiyənin dəniz səlahiyyət zonalarını pozan xəritəni qəbul etdirməyə çalışmasına etiraz edib.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Türkiyə XİN sözçüzü Öncü Keçeli məlumat verib.
O bildirib ki, Türkiyə Avropa İttifaqının Dəniz Məkan Planlaşdırılması Platformasında yer alan və Egey dənizi ilə Şərqi Aralıq dənizində Türkiyənin dəniz səlahiyyət zonalarının pozulduğu, Yunanıstana məxsus dəniz məkan planlaşdırılması xəritəsinə etiraz edib.
Türkiyə XİN, sözügedən xəritənin “səlahiyyətli yunan orqanlarına” istinadla yeniləndiyini, Yunanıstanın isə beynəlxalq dəniz hüququna zidd şəkildə, rəsmi olaraq elan etmədiyi guya Şərqi Aralıq dənizi Xüsusi İqtisadi Zonasını Aİ vasitəsilə legitimləşdirməyə çalışdığını vurğulayıb.
Türkiyə bu addımı “qanunsuz fakt qarşısında qoyma cəhdi” kimi qiymətləndirərək rədd edib və 18 mart 2020-ci ildə BMT-yə təqdim etdiyi Şərqi Aralıq dənizindəki kontinental şelf sərhədlərini xatırladaraq, yunan xəritəsində göstərilən həmin guya Xüsusi İqtisadi Zonanın Türkiyə kontinental şelfinin daxilində qaldığını qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 21 Noyabr 2025 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















