Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Çörəklərin içində narkotik gizlətdilər

Türkiyə yığmasında iki debütant var

Türkiyə yığmasında iki debütant var

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Avropanın klub futbolunda mövsüm, demək olar, başa çatıb.

Düzdü, qarşıdan klublararası dünya çempionatı gəlir. Amma ona qədər hələ yığma “pəncərəsi” də olacaq. Həmin “pəncərədə” həm Millətlər Liqasının final mərhələsi, həm DÇ-2026-nın seçmə mərhələsinin oyunları, həm də yoldaşlıq matçları keçiriləcək.
Qardaş Türkiyə yığmasını bu ay iki yoxlama oyunu gözləyir. Özü də okeanın o tayında! “Ay-ulduzlular” iyunun 2-dən etibarən Amerikaya yollanaraq Boston şəhərində hazırlıq keçəcək. Vinçentso Montellanın komandası iyunun 7-də Konnektikut şəhərində ABŞ, iyunun 10-da isə Şimali Karolinada Meksika yığması ilə üz-üzə gələcək. Türkiyə daha öncə amerikalılarla 4 dəfə qarşılaşıbsa, Meksika ilə ilk dəfə qarşılaşacaq.
Xatırladaq ki, hər iki ölkə DÇ-2026-nın ev sahiblərindəndi. Montellanın bu dəfə açıqladığı heyətdə diqqətçəkən məqamlar heç də az deyil. İlk növbədə “Beşiktaş”lı Mustafa Həkimoğlu ilə “Trabzonspor”lu Mustafa Eskihellaçın ilk dəfə yığmaya dəvət aldığını vurğulamalıyıq. Amma digər tərəfdən “Beşiktaş”ın təcrübəli qapıçısı Mərt Günokun siyahıda olmaması gözdən qaçmayıb. Montella bunu Mərtə istirahət vermək istəyi ilə əsaslandırıb. “Qalatasaray”dan isə Yunus Akgün və Əbdülkərim Bardakcı kimi ulduzlar yığmadan kənar qalıb. Yunus mayın 27-də əməliyyat olunub. Ona dəvət göndərilməməsini bununla əlaqələndirmək mümkündüsə, Əbdülkərimin nə üçün kənarda qaldığı bilinmir.
İtaliyalı məşqçinin 29 nəfərlik siyahısı ilə tanış olaq: qapıçılar – Uğurcan Çakır (Trabzonspor), Altay Bayındır (Mançester Yunayted), Berke Özər (Eyüpspor), Muhammed Şəngəzər (İstanbul BŞ); müdafiəçilər – Çağlar Söyüncü, Mərt Müldür, Yusuf Akçiçək (hamısı “Fənərbaxça”), Ərən Elmalı (Qalatasaray), Samet Akaydın (Çaykur Rizəspor), Merih Dəmiral (Əl-Əhli), Zəki Çəlik (Roma), Mustafa Eskihellaç (Trabzonspor), Yasin Özcan (Kasımpaşa); yarımmüdafiəçilər – Arda Gülər (Real), Hakan Çalhanoğlu (İnter), Dəmir Ege Tıknaz (Riu Ave), Orkun Kökçü, Kərəm Aktürkoğlu (Benfika), İsmayıl Yüksək, İrfan Can Kahveci, Oğuz Aydın (hamısı “Fənərbaxça”), Kaan Ayhan (Qalatasaray), Okay Yokuşlu (Trabzonspor), Salih Özcan (Borussiya D), Can Uzun (Ayntraxt F); hücumçular – Barış Alpər Yılmaz (Qalatasaray), Kənan Yıldız (Yuventus), Dəniz Gül (Portu), Mustafa Həkimoğlu (Beşiktaş).
Montella mətbuat konfransında bunları deyib:

“Son illərdə komandamızın nüfuzu bir qədər də artıb. DÇ-yə evsahibliyi edəcək yığmalara qarşı oynamağımız bunu bir daha göstərir. Biz bütün hazırlıq oyunlarını müəyyən məntiqə əsaslanaraq keçiririk. Belə oyunlarda hətta məğlubiyyət də bəzən komandaya faydalı olur. Dünyanın o biri başından oynamaq üçün dəvət aldıq və bu da bizi qürurlandırır. Artıq mövsümün sonuna çatmışıq. Bəzi oyunçulara istirahət vermək qərarına gəldim. Onların yeni mövsümdə fiziki və psixoloji cəhətdən yaxşı durumda olaraq bizə kömək etmələrini istəyirəm. Çünki əsas oyunlarımız sentyabrda başlayacaq. Ona görə də hələlik heyətə yeni, gənc isimlər dəvət etməyi daha məqsədəuyğun bildik. Mərt Günok ötənilki AÇ-dən sonra dincəlməmişdi. Aral Şimşir və Əmirhan Topçunun ağrıları var. Həkimlərlə məsləhətləşdik və riskə getmək istəmədik. Fərdi Kadıoğlunun durumu isə bizi də üzür. Zədəsi gözləniləndən uzun çəkdi. Ümid edirəm ki, tezliklə məşqlərə başlayacaq və sonrakı oyunlarda bizlə olacaq”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 06 İyun 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see337

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see273

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see265

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see264

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see246

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see244

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see243

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see238

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see232

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see229

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see229

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see219

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see214

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see209

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see202

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see196

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see193

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see186

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see181

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri