Türkiyədə 16 yaşlı oğlan polis rəisini və məmuru buna görə öldürübmüş YENİLƏNİB
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyədə polis bölməsində baş verən dəhşətli cinayətin bəzi təfərrüatları açıqlanıb.
"Unikal" xəbər verir ki, hadisəni törədən 16 yaşlı hücumçu bir müddət əvvəl cinayət törətdiyinə görə saxlanılıb. O, İzmir Balçova Salih İşgören Polis Bölməsinə aparılıb və qısa müddət sonra sərbəst buraxılıb.
Bölmədə yeniyetmənin saxlanıldığı müddətdə polislər tərəfindən zorakılığa məruz qaldığı iddia olunub. Bu səbəbdən oğlan sərbəst buraxıldıqdan sonra qisas almaq məqsədilə yenidən idarəyə gedib.
O, atasının ov tüfəngi ilə polis bölməsinə atəş açıb. İlk güllə qapıda dayanan polis əməkdaşı Həsən Akınına dəyib. Silah səslərini eşidən birinci dərəcəli polis rəisi Muhsin Aydemir aşağı enib və bu zaman yeniyetmə tərəfindən öldürülüb.
Hücum zamanı daha bir polis əməkdaşı ağır yaralanıb.
****
Türkiyənin İzmir şəhərində silahlı insident baş verib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Balçova şəhərində 16 yaşlı oğlan ov tüfəngi ilə polis bölməsinə hücum edib. Nəticədə 2 polis həlak olub, daha bir nəfər yaralanıb.
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya hücumla bağlı açıqlama verərək, hadisəni törədən şəxsin saxlanıldığını açıqlayıb.
Digər təfərrüatlar açıqlanmayıb.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 08 Sentyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















