Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Antalya, 7 oktyabr, AZƏRTAC
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy professor İsmail Erünsalın Süleymaniyə Əlyazmalar Kitabxanasına bağışladığı 525 nadir əsərdən ibarət kolleksiyanın rəqəmsal istifadəyə verildiyini bildirib.
AZƏRTAC xəbər verir ki, kolleksiyada müxtəlif əsrlərə aid əlyazmalar, nadir və müəlliflərin öz xətti ilə yazdığı nümunələr, eləcə də Şeyx Qalibin 18–19 yaşlarında öz xətti ilə qələmə aldığı “Divan” əsəri yer alır.
Kolleksiyanın ən qədim nümunəsi 1523-cü ilə aid “Divan-ı Əmir Şahi”dir. Burada həmçinin Osmanlı dövrünün iqtisadi və diplomatik tarixini əks etdirən sənədlər, qiymət dəftərləri və səfərnamələr də var.
Ersoy bildirib ki, əsərlərin rəqəmsallaşdırılması və kataloqlaşdırılması işləri təxminən iki ay ərzində tamamlanıb. Kolleksiyaya Türkiyə Əlyazmalar Əsərləri Qurumu Baş İdarəsinin internet səhifəsi vasitəsilə dünyanın hər yerindən çıxış əldə etmək mümkündür.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
Antalya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 07 Oktyabr 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















