Icma.az
close
up
RU
Türkiyədə BMT nin iqlim diplomatiyası təcrübədən keçiriləcək

Türkiyədə BMT nin iqlim diplomatiyası təcrübədən keçiriləcək

Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Türkiyənin COP31-ə ev sahibliyi çərçivəsində avqustun 27–dən sentyabrın 1-dək İstanbulun Demokratiya və Azadlıqlar adasında “NextGenCOP30.5: İqlim Zirvəsi və Gənclər Diplomatiyası Simulyasiyası” proqramı keçiriləcək.

XQ xəbər verir ki, Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi, Cemre Fondu və İstanbul Texniki Universitetinin əməkdaşlığı ilə təşkil olunan tədbirdə 200 gənc iştirak edəcək. Proqramın açılışını avqustun 28-də COP31 Sədri, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum edəcək.

Oxford və Kembric kimi nüfuzlu universitetlərin tələbələrinin də iştirak edəcəyi proqram çərçivəsində gənclər iqlim maliyyələşməsi və buna uyğunlaşma kimi məsələlər üzrə danışıqlar aparacaqlar. Onlar BMT-nin iqlim diplomatiyası prosesini praktiki şəkildə təcrübədən keçirərək, yekunda “Antalya Sazişi” adlı sənəd hazırlayacaq və qəbul edəcəklər.

Tədbir çərçivəsində “Mavi zona” və “Yaşıl zona” fəaliyyətləri təşkil olunacaq. İqlimyönümlü 10 startap layihələrini nümayiş etdirəcək.

Proqramda Türkiyənin “Sıfır Tullantı” yanaşmasına uyğun olaraq birdəfəlik plastikdən istifadəyə qadağa tətbiq ediləcək, rəqəmsal sənədlərdən istifadə olunacaq və iştirakçıların yaxa kartları toxumlu kağızdan hazırlanacaq.

Avqustun 31-də bağlanış mərasimindən sonra qlobal istiləşmənin 1,5 dərəcə həddinə diqqət çəkmək məqsədilə adada “1,5 dərəcə isti hədəfini yaxın tut” şüarı ilə məşəlli yürüş keçiriləcək.

Qeyd edək ki, Türkiyənin ev sahibliyi edəcəyi COP31 noyabrın 9–dan 20-dək Antalyada keçiriləcək. “NextGenCOP30.5” proqramının əsas məqsədi gənclərin iqlim diplomatiyasında yalnız iştirakçı deyil, həm də fikir irəli sürən, danışıqlar aparan, konsensus axtaran və həll yolları təklif edən fəal tərəf kimi iştirakını gücləndirməkdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Avqust 2026 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri