Türkiyədə bu gün keçirilən aksiyada saxlanılanların sayı açıqlandı
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
Türkiyə polisi mayın 1-də İstanbulda keçirilən etiraz aksiyasının 400-ə yaxın iştirakçısını saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) paytaxt şöbəsinin rəhbəri Özgür Çelik X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
Çelik yazıb: “Bizim məlumatlara görə, mayın 1-də konstitusiya hüququndan istifadə etməyə cəhd edən 372 vətəndaş saxlanılıb".
Siyasətçi əlavə edib ki, onun partiyası insanların saxlanma şəraitini təhlükəsizlik qüvvələri tərəfindən pozuntulara görə yoxlayacaq.
Qeyd edək ki, bu gün İstanbulda bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsinə etiraz olaraq həmkarlar ittifaqları və müxalifətin etiraz aksiyaları keçirilib.
Xatırladaq ki, martın 23-də məhkəmə müxalif İstanbul meri Əkrəm İmamoğlunu korrupsiya və Türkiyədə terror qruplaşması hesab edilən Kürdüstan Fəhlə Partiyasına yardım etməkdə ittiham edərək həbs edib.


