Türkiyədə Əməkdar elm xadimi, professor Arif Səlimova həsr olunmuş beynəlxalq konfrans KEÇİRİLİR
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Həndəsiçilər cəmiyyətinin 17-19 iyul 2025-ci il tarixində Türkiyənin Ərzurum Texniki Universitetində BDU-nun “Cəbr və həndəsə” kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimovun elmi fəaliyyətinə həsr olunmuş “21’st İnternational Geometri Symposium” konfransı keçirilir.
Konfrans BDU-da daxil olmaqla 5 universitetin təşkilati dəstəyi ilə keçirilir.
Konfransın keçirilməsi ilə bağlı elanlar “Amerikan Math Society”, “European MathNetRu” və s. kimi tanınmış riyazi portallarda verilib.
Konfransda dünyanın 100-ə yaxın aliminin məruzələri dinləniləcək. Profesor Arif Səlimov konfransın açılşında plenar məruzəsini edib. Məruzə holomorf funksiyaların köməyi ilə tapılmış yeni lift siniflərinə həsr olunub.
Konfransın keçirildiyi Ərzurum şəhərində 2 universitet fəaliyyət göstərir. Atatürk Universiteti (rektoru Prof. Ahmet Hacımüftüoğlu) və Erzurum Texnik Universiteti (rektoru: Prof. Bülent Çakmak). Hər iki Universitetin rektoru tərəfindən professor Arif Səlimov qəbul olunub və gələcək elmi çalışmalarla əlaqəli fikir mübadiləsi aparılıb.
“Redaktor.az” Müstəqil İnformasiya Agentliyi olaraq həmyerlimizi bu uğuru münasibəti ilə təbrik edirik, ona elmi fəaliyyətində və şəxsi həyatında uğurlar arzulayırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 19 İyul 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















