Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçiriləcək AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İstanbul, 18 noyabr, Günel Karatepe, AZƏRTAC
Noyabrın 23-də İstanbulda Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (ABİD) ilk ümumi iclası keçiriləcək.
Bu barədə AZƏRTAC-a Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından (TADEF) məlumat verilib.
Bildirilib ki, toplantı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, TADEF və ABİD-in birgə təşkilatçılığı ilə baş tutacaq. İclas iki gün davam edəcək.
Xatırladaq ki, ABİD bu ilin aprel ayında İstanbulda qurulub. Dərnəyin qurulmasının əsas məqsədi Qarabağ zəfərindən sonra Azərbaycanda artan inkişaf proseslərinə, xüsusilə ölkəmizin elm və təhsil sahəsinə töhfə vermək, o cümlədən dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərin magistr və ya doktorantura proqramlarına dəstək olacaq bilik bankını yaratmaq, gənclərimizin, dünyada yaşayan elm adamlarımızın daha yaxından tanınmalarına, onlarla ünsiyyət qurub bu insanların biliklərindən faydalanmalarına şərait yaratmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 18 Noyabr 2024 20:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















