Türkiyədə ilin 8 ayında 56 şəhərin ixracatı artıb
Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Ticarət Nazirliyi yanvar-avqust dövrü üzrə ölkə vilayətlərinin ixracat göstəricilərini açıqlayıb.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilin ilk 8 ayında 56 şəhərdə ixrac artımı qeydə alınıb, 25 vilayətin xarici ticarət satışı isə 1 milyard dolları ötüb.
Avqust ayında 5 milyard 503 milyon dollarlıq göstərici ilə ən çox ixracat həyata keçirən il İstanbul olub. Şəhərin xarici satışı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artıb. İkinci sırada 3 milyard 122 milyon dollar (16,6 faiz artım) göstərici ilə Kocaeli, üçüncü sırada isə 1 milyard 842 milyon dollar (1,2 faiz azalma) göstərici ilə İzmir qərarlaşıb. Sezar pizza
İstanbulun ixracatında qiymətli və yarımqiymətli daşlar sektoru (1,58 milyard dollar) birinci yeri tutub. Kocaeli vilayətindən ən çox avtomobil sektoru məhsulları (1,01 milyard dollar), İzmirdən isə mineral yanacaq və neft məhsulları (292,4 milyon dollar) xarici bazarlara çıxarılıb.
Məlumata görə, İstanbul ən çox İsveçrəyə (986,1 milyon dollar), Kocaeli Böyük Britaniyaya (304,9 milyon dollar), İzmir isə Almaniyaya (177,6 milyon dollar) məhsul göndərib.
Avqust ayında illik müqayisədə ixracat həcmini məbləğ ifadəsində ən çox artıran şəhərlər sırasında da İstanbul (634 milyon dollar artım) birinci olub. Onu Mersin (467 milyon dollar artım) və Kocaeli (444 milyon dollar artım) izləyib.
Cəlalə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 08 Sentyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















