Türkiyədə mərc qalmaqalı davam edir Bu futbolçular nəzarətə götürüldü
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Türkiyə Futbol Federasiyası (TFF) 1024 futbolçunun mərc oyunlarında iştirakına görə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərildiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə TFF açıqlama yayıb.
"Mərc oyunlarında iştirakına görə, 1024 futbolçunun Futbol Disiplin Təlimatının 57-ci maddəsinə əsasən 10 noyabr 2025-dən etibarən tədbirli şəkildə PFDK-ya göndərilməsinə qərar verilib", - məlumatda qeyd olunub.
Qərarla əlaqədar TFF 2-ci və 3-cü liqa oyunları iki həftə təxirə salınıb, Süper Liqa və 1-ci Liqa matçları isə planlaşdırıldığı kimi davam edəcək.
Sözügedən futbolçular arasında "Beşiktaş"lı futbolçular Ersin Destanoğlu və Necip Uysal, "Galatasaray"lı futbolçular Eren Elmalı və Metehan Baltacı ile "Trabzonspor"dan Salih Malkaçoğlu və Boran Başkan da yer alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:26
Bu xəbər 10 Noyabr 2025 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















