Türkiyədə Qədim Roma dövrünə aid yaşayış yeri tapılıb FOTOLAR
Azvision portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu barədə Adıyaman Muzeyinin müdiri Məmməd Alqan yerli mətbuata müsahibəsində məlumat verib. O diqqətə çatdırıb ki, rayonun Oymaqlı kəndinin dağlıq ərazisində aşkarlanmış qədim məntəqədə bir sıra artefakt da tapılıb. Məntəqənin tarixinin eramızın IV əsrinə gedib çıxdığı vurğulanıb. Hazırda muzeyin əməkdaşları sözügedən ərazidə axtarış və tədqiqat işləri aparırlar.
Türkiyədə qədim mixi yazılar aşkarlanıb | FOTOLAR
"Burada çox sayda tikilinin xarabalıqları aşkarlanıb. Ərazi Kaxta qalasının yaxınlığında yerləşdiyi üçün, düşünürük ki, Qədim Roma dövründə yaşayış məntəqəsi imiş. Müəyyən tapıntılara əsasən isə deyə bilərik ki, məntəqənin sakinləri şərabçılıqla məşğul olublar", - Məmməd Alqan söyləyib.
Muzey müdiri vurğulayıb ki, ərazinin qeydiyyatı üçün Şanlıurfa Mədəni İrsin Mühafizəsi Regional İdarəsinə müraciət göndəriləcək.
Firudin Həmidli
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

"Burada çox sayda tikilinin xarabalıqları aşkarlanıb. Ərazi Kaxta qalasının yaxınlığında yerləşdiyi üçün, düşünürük ki, Qədim Roma dövründə yaşayış məntəqəsi imiş. Müəyyən tapıntılara əsasən isə deyə bilərik ki, məntəqənin sakinləri şərabçılıqla məşğul olublar", - Məmməd Alqan söyləyib.
Muzey müdiri vurğulayıb ki, ərazinin qeydiyyatı üçün Şanlıurfa Mədəni İrsin Mühafizəsi Regional İdarəsinə müraciət göndəriləcək.



Firudin Həmidli
AzVision.az

Almaniyada Tunc dövrünə aid yaşayış yeri tapılıb...
31 İyul 2025 23:43
Türkiyədə Ubeyd dövrünə aid ayaq izləri tapılıb...
01 Oktyabr 2025 23:15
Türkiyədə qədim mixi yazılar aşkarlanıb FOTOLAR
16 Sentyabr 2025 13:16
Yardımlıda qədim dövrə aid əşyalar tapılıb FOTOLAR
30 İyul 2025 13:58
Türkiyədə Bizans və Roma dövrünə aid sikkələri satanlar həbs olunublar
12 Dekabr 2024 09:53

