Icma.az
close
up
RU
Türkiyədə TDTnin xatirə sikkəsi satışa buraxıldı

Türkiyədə TDTnin xatirə sikkəsi satışa buraxıldı

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü üçün xüsusi hazırlanan xatirə sikkəsi Türkiyədə satışa təqdim edilib.

Globalinfo.az xəbər verir ki, Türkiyənin Zərbxana və Möhür Mətbəəsi Baş İdarəsinin hazırladığı xatirə sikkəsinin dizaynında Türk dövlətləri arasındakı köklü əlaqələri və əməkdaşlığı simvolizə edən detallara yer verilib, TDT-nin beynəlxalq fəaliyyəti və mədəni dəyərləri vurğulanıb.

Xatirə sikkəsinin aversində səkkizguşəli “Səlçuklu Ulduzu”nun ortasında təşkilatın loqosu yer alıb. Bu ulduzun hər guşəsi təşkilatın fəlsəfi dəyərləri olan mərhəmət, şəfqət, səbir, doğruluq, sirr saxlamaq, sadiqlik, yardımsevərlik və şükür etməklə yanaşı, həm də TDT-nin səkkiz üzv dövlətini simvolizə edir.

Xatirə sikkəsinin reversində isə təşkilatın üzvü olan Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Macarıstanın dövlət bayraqları yer alıb. TDT-nin “Dildə, fikirdə, işdə birlik” ifadəsinin də əks olunduğu sikkənin ortasındakı pətək toxuması yerləşdirilib ki, bu da məhsuldarlığı, çalışqanlığı və birliyi təmsil edir. Toxumanın üzərindəki əlsıxma isə etibarlılığı, regional və digər coğrafiyalarda sülh və birliyi əks etdirir.

Diametri 38,61 millimetr, kütləsi 23,33 qram olan xatirə sikkəsi 5 min ədəd istehsal olunub və dövriyyə müddəti noyabrın 7-dən etibarən 2 il olaraq müəyyən edilib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə keçirilən liderlər toplantısı zamanı bu Zirvə görüşü üçün xüsusi hazırlanmış xatirə pulunu dövlət başçılarına hədiyyə edib.

Qeyd edək ki, sikkənin qiymətinin 900 TL (45 AZN) təşkil etdiyi bildirilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Noyabr 2024 01:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see357

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see350

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see348

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see309

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see299

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see298

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see297

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see282

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see281

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see274

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see271

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see238

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see235

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see234

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see232

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see231

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see227

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see224

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see214

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri