Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Türkiyədə unutdular, Əliyev “mən varam” dedi O “etirafı” tələb edənlər...

Türkiyədə unutdular, Əliyev “mən varam” dedi O “etirafı” tələb edənlər...

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Xahiş edirik, bizi siz öldürün. O qəddar düşmənə təhvil verməyin. Öz vətənimizdə, öz bayrağımızın altında öldürün”.

Deyilənə görə, 1944-cü ildə Azərbaycandakı sovet əsarətindən qaçaraq Türkiyəyə sığınan, lakin dövrün CHP hökuməti tərəfindən SSRİ-yə təhvil verilən 146 azərbaycanlının son sözləri bu olub. Xalqımıza qarşı törədilən soyqırımı hadisələrini nağıl kimi dinləyərək böyüyən nəslin ən çox aşina olduğu hekayələrdən biridir. Lakin böyüklərimiz dönə-dönə vurğulayırdılar, “Türkiyə dövrün şərtlərinə görə azərbaycanlıları ruslara təhvil verməyə məcbur oldu – istəmədən, qan ağlayaraq”. Buna görə onları anladıq. Yeri gəlmişkən, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bir neçə dəfə səsləndirib və hadisəyə görə CHP-ni ağır şəkildə günahlandırıb.

“Azərilər şiədir, biz isə sünniyik, onlar İrana daha yaxındırlar”.

Deyilənə görə, SSRİ-ni dost kimi görən Türkiyənin keçmiş prezidenti Turqut Özal XI Qızıl Ordunun Bakını qana boyamasına (20 Yanvar faciəsinə) belə reaksiya verib. Lakin yenə böyüklərimiz dönə-dönə vurğuladılar ki, bu, Türkiyə xalqının mövqeyi deyil, ümumiyyətlə, belə bir fikrin həqiqət olub-olmadığı belə mübahisəlidir. Haqlı idilər. Reallığı dərk etdik, onları yenə anladıq.

“Kəlbəcərdə qırğın vardı. İnsanların oradan çıxarılması üçün qonşu ölkələrdən helikopter istədim, vermədilər. Türkiyə lideri Süleyman Dəmirəl nə istədiyimizi soruşdu, 4 helikopter dedim. Vermədilər. Daha nə istəyim”.

Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu dövrdə Türkiyə televiziyasına müsahibəsində səsləndirdiyi, işğal müddətində böyüyən nəslin qulağında cingildəyən məşhur sözlərdir. Lakin daha sonra böyüklərimiz bizə Türkiyənin buna razılaşacağı təqdirdə beynəlxalq aləmdə pis vəziyyətdə qala biləcəyini dedi. Qardaşlarımızın ürəyi bizimlədir dedik, bu dəfə də anladıq.

Türkiyənin sabiq prezidentləri Turqut Özal və Süleyman Dəmirəl

Biz Türkiyəni hər zaman anladıq, kin tutmadıq, “qardaş deyilik” demədik, hər addımının arxasındakı səbəbi başa düşməyə çalışdıq. İnanmağa davam etmək istədik. Gün gəldi, Qarabağda birlik olduq, zəfər çaldıq. Təkcə bu belə keçmişdə olan bütün pis xatirələri zehnimizin qaranlıq köşəsinə, bağlı qapılar arxasına atdı. Dəstəyə görə özümüzü daim minnətdar bildik, qürurlandıq.

Keçmişdə Türkiyənin Qurtuluş savaşında, 2021-ci ildə meşə yanğınlarında, 2023-cü ildə Kahramanmaraş zəlzələsində bir olduq, bərabər nəfəs aldıq, birlikdə təbiətin amansız rəftarına qarşı mübarizə apardıq. Yeri gəldi Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkəni hədəf almağa çalışanların önündə, “Burada Türkiyə yoxdur, mən varam”, – dedi.

Biz nə dostu, nə də düşməni unutmadıq. Ərzurumda türklərə qarşı qətliam törədənlər Türkiyəni “erməni soyqırımı”nda ittiham etdi, “üzr istənməlidir, etiraf edilməlidir” deyildi, xalqın tanınan simaları bu qondarma iddianı “həqiqət” adlandırdı, Türkiyənin başına gətirilən müsibətləri kimlərsə unutdurmağa çalışdı.

Bayrağında Osmanlıya qarşı üsyanı simvolizə edən ölkədə – Fələstində təlim keçən erməni terror təşkilatı ASALA-nın qaniçən muzdluları öncə Türkiyənin müxtəlif ölkələrdəki səfirliklərinə ardıcıl hücumlar həyata keçirdi, neçə diplomatı qətlə yetirdi. Sonra o təşkilatın üzvü olan terrorçular eyni qətliamı Azərbaycan torpağında – Xocalıda davam etdirdi. Yaxın tarixin bu qanlı səhifəsini də Türkiyə ictimaiyyətinin yaddaşından cırıb atmağa çalışıldı. Amma biz azərbaycanlılar unutmadıq. Dostumuzu da, düşmənimizi də sınayaraq seçdik. Qardaş dediyimizi, arxa-dayaq bildiyimizi heç vaxt sorğulamadıq. Qərarlarını anlamağa çalışdıq, üstəlik, dəstəklədik. Çünki qardaşlığın özəyi, mayası budur.

Amma haqsızlığı da müdafiə etmədik: eynilə bir çox dünya ölkəsi, o cümlədən Türkiyə kimi Fələstin məsələsində “ikidövlətli” həll prinsipini dəstəklədik. Humanitar yardımlar etdik, əlaqələr qurduq. İndi bizdən nə gözlənilir? Axı kəskin mövqe sərgilənməsinə və iki ildir davam edən gərginliyə baxmayaraq, İsrailə ən çox mal satan ölkələrin siyahısında adı olan Azərbaycan deyil. Azərbaycanı İsrailə neft satmaqda günahlandıran zehniyyət məgər anlamır, görmür ki, o neft satılması üçün açıq dənizə Türkiyəyə məxsus Ceyhan limanından çıxarılır?! Üstəlik, açıq dənizdə tankerlərə yüklənən neftin kimə, necə satıldığına nəzarət etməyin mümkün olmadığını da bilmir bu qara PR kampaniyasının arxasındakı qüvvələr?!

Azərbaycan-Türkiyə münasibətləri Rəcəb Tayyib Ərdoğanın ölkəsində hakimiyyətə tam nəzarəti təmin etdikdən, Qərbə bağlı siyasi axınları neytrallaşdırdıqdan sonra daha ciddi mərhələyə qədəm qoydu. Xüsusilə 2020-ci ildən sonra iki qardaş ölkə arasında hərbi-siyasi müstəvidəki əlaqələr sürətlə inkişaf etdi. Biz ölkə və xalq olaraq bunu və bundan öncəkiləri əsla unutmuruq. Şuşa Bəyannaməsinin Azərbaycana necə böyük  güc verdiyinin də fərqindəyik. Amma Azərbaycanın da Türkiyə üçün necə önəmli olduğu, bizim də qardaş dediyimiz ölkəyə verdiyimiz hər növ dəstəyi də gərək kimlərsə unutmasın.

10 oktyabr 2009-cu il.  İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında iki protokol  imzalanıb

2009-cu ildə Ermənistanla sərhədi açmaq istəyinin arxasında FETÖ-ya bağlı qüvvələrin dayandığı deyilirdi. Ankara ilə Bakının arasını vurmağa çalışanların  Qərbin təlimatı ilə hərəkət etdiyi iddia olunurdu. Üstündən 15 ildən çox vaxt keçdikdən sonra oxşar proseslərin təkrarlanmasının səbəbi nədir, əcəba? O vaxt Azərbaycan dövlətinin sərt reaksiyası, bu xain plana qarşı barışmaz mövqeyi olmasaydı, indi iki qardaş ölkə arasında münasibətlər çox fərqli olardı.

2009-cu ildə olduğu kimi bu dəfə də fəlakətin astanasından dönüləcəyinə ümid edir, hər iki ölkə liderinin düşməni sevindərməyə imkan verməyəcəklərinə inanırıq.

Ayşən Mustafa
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 İyun 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri