Icma.az
close
up
RU
Türkiyədə Xocalı soyqırımının hüquqi aspektləri mövzusunda beynəlxalq simpozium keçirilib

Türkiyədə Xocalı soyqırımının hüquqi aspektləri mövzusunda beynəlxalq simpozium keçirilib

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Türkiyənin paytaxtı Ankara şəhərində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Dinməyən acı: Xocalı soyqırımı” adlı beynəlxalq simpozium keçirilib.

Qazi Universitetində keçirilən tədbir Vətən üçün canlarını fəda edən şəhidlərin və Xocalı soyqırımının qurbanlarının bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Vəqfinin (TADEV) sədri Aygün Attar, Türk İnternet Media Birliyinin (TİMBİR) sədri Süleyman Basa, Birlik Xəbər Agentliyinin rəhbəri Məhəmməd Qaçar, media və ictimaiyyət nümayəndələrinin qatıldıöı simpoziumu açıq elan edən Qazi Universitetinin Texnologiya fakültəsinin dekanı professor Musa Atar Xocalı soyqırımının təkcə Azərbaycanın deyil, bütün türk dünyasının faciəsi olduğunu diqqətə çatdırıb. Musa Atar üstündən 33 il keçməsinə baxmayaraq, soyqırımının ağrısının hələ də təzə qaldığını bildirib. Xocalı qurbanlarının anım mərasiminə ev sahibliyi etmələrinin faciə qurbanlarının ruhuna ehtiram əlaməti olduğunu qeyd edən dekan Türkiyənin Azərbaycanın acısını paylaşdığını vurğulayıb.

Professor Çətin Almasın moderatorluğu ilə eyni mövzuda müzakirələr aparılıb.

Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı çıxışında Xocalıda törədilən soyqırımının siyasi tərəflərindən bəhs edib. Millət vəkili ermənilər və Rusiyanın 366-cı motoatıcı alayı tərəfindən törədilən bu faciəni insanlıq əleyhinə cinayət adlandırıb.

Daha sonra çıxış edən deputat Səbinə Salmanova Xocalı soyqırımının hüquqi aspektləri barədə tədbir iştirakçılarını geniş məlumatlandırıb: “Xocalıda törədilən cinayət Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır”.

33 il keçməsinə baxmayaraq, beynəlxalq təşkilatlar və dünya dövlətləri tərəfindən Xocalı soyqırımına hələ də tam siyasi və hüquqi qiymət verilmədiyini söyləyən millət vəkili bu faciəyə tam ədalətli qiymət verilməsinin, cinayətkarların məsuliyyətə cəlb olunmalarının vacibliyini qeyd edib.

Səbinə Salmanova, həmçinin çıxışı zamanı Azərbaycan və Türkiyə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə diqqət çəkərək, Türkiyənin çətin günlərdə həmişə Azərbaycanın yanında olduğunu bildirib.

O hesab edir ki, belə konfransların keçirilməsi Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır.

 “Yeni Çağ” Media Qrupunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər çıxışında Xocalı faciəsinin soyqırımı kimi təbliğatının əhəmiyyəti barədə məlumat verib.  O, Xocalı soyqırımı barədə dünya mediasında yayımlanan yazılar və bu yazılardakı müəllif mövqeyi barədə danışıb.

“Türk İrsinin İnkişafına Dəstək” İctimai Birliyinin və Azərbaycan Kərkük Mədəniyyət və Əməkdaşlıq Mərkəzinin sədri Məlahət Qurbanova Xocalı faciəsinin ictimaiyyətdə yaratdığı ab-hava barədə danışıb. Bu kimi faciələrin toplumu bir-birinə bağladığını bildirən M. Qurbanova həmin həmrəylik sayəsində Xocalının bu gün azad olduğunu vurğulayıb.

Tarixçi Kamal Çiçək çıxışında Azərbaycanın müstəqillik yolundan danışıb. O, 20 Yanvar faciəsinin, Xocalı soyqırmının və bu kimi digər qırğınların Azərbaycan millətinin formalaşmasındakı rolundan bəhs edib.
Simpozium iştirakçıların suallarının cavablandırılması və müzakirə şəraitində davam edib.

Sonda iştirakçılara plaketlər təqdim olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see252

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see241

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see202

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see199

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see196

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see180

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see173

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see167

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see152

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see144

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see137

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see132

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see125

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see125

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri