Icma.az
close
up
RU
Türkiyədən müharibə anonsu: 3 riskli ssenari var Ordu birbaşa döyüşə girsə...

Türkiyədən müharibə anonsu: 3 riskli ssenari var Ordu birbaşa döyüşə girsə...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı yeni hərbi əməliyyatların anonsunu verib. O bildirib ki, Suriya ilə əldə edilən razılaşma Suriya Demokratik Qüvvələri (SDF) və YPG tərəfindən yerinə yetirilməsə, Ankara və Dəməşq birgə hərbi əməliyyatlara başlayacaq.

Gözlənilən hərbi əməliyyatların taktikası, Türkiyə ordusunun istifadə edə biləcəyi strategiyalar və qarşılaşacağı çətinliklər, həmçinin üzləşə biləcəyi mümkün risklər hansılardır?

Globalinfo.az-a danışan politoloq Kənan Rövşənoğlu deyib ki, Türkiyə hakimiyyəti və ordusu Suriyada hərbi əməliyyat ehtimalı ilə bağlı mövqeyini açıq şəkildə ifadə edib:

“Sonuncu Malazgird qələbəsi bayramında Prezident Ərdoğan Suriyada əməliyyat keçirilə biləcəyini bəyan etdi. Ancaq proses planlandığı kimi getmir, xüsusilə Suriya cəbhəsində. PKK terrorçularının bir hissəsinin, təxminən 2 min nəfərin Suriyaya keçərək SDF və YPG-yə qoşulduğu ehtimal edilir. İkinci narahatlıq mənbəyi isə Suriyada kürdlərin muxtariyyət tələbləridir”.

K.Rövşənoğlu əlavə edir ki, martın 10-da kürdlərlə Suriya hökuməti arasında razılaşma imzalanmasına baxmayaraq, saziş icra olunmur:

“Kürdlər Suriya ordusuna inteqrasiya olacaqlarını bildiriblər, amma aprelin 26-da Rojovada keçirilən Kürd Milli Konqresində siyasi status və kürd dilinə dövlət dili statusu tələb ediblər. Bu isə açıq şəkildə Suriyada muxtariyyət iddialarını göstərir. ABŞ və Avropa ölkələri, xüsusilə CENTCOM kürdləri müdafiə edir, Türkiyə isə bundan narahatdır”.

Politoloqun fikrincə, Türkiyənin bu vəziyyətə qarşı üç variantı var:

Həmçinin oxuyun:

Netanyahudan gündəmi silkələyən açıqlama – Bakıda şok yaşanır

“Birincisi, Suriya hakimiyyəti vasitəsilə kürdləri tabe etdirmək, ancaq Suriya ordusunun güclü olmaması və döyüşlərdə itkilər verməsi bu variantı məhdudlaşdırır.

İkincisi, yerli qəbilələri kürdlərə qarşı qaldırmaqdır ki, Suveydada buna cəhd göstərilmiş, lakin ABŞ-ın dəstəyi ilə bu taktika uğursuz olub.

Üçüncü və ən kritik variant isə Türkiyə ordusunun birbaşa hərbi müdaxiləsidir.

Lakin bu variant üçün ABŞ-ın dəstəyi zəruridir, çünki Türkiyə NATO üzvü və ABŞ-ın müttəfiqidir, xüsusilə Suriyada ortaq maraqlar mövcuddur. Əvvəlki əməliyyatlarda Vaşinqton Ankaraya “yaşıl işıq” yandırsa da, bu dəfə konkret hədəf kürdlər olduğundan, Vaşinqtonla Ankara arasında fikir ayrılıqları mövcuddur”.

Politoloq düşünür ki, Suriyada hərbi əməliyyat üçün ABŞ razılığı hələ əldə olunmayıb və bu vəziyyət iki ölkə arasında gərginliyi artırmaq potensialına malikdir:

“Bu isə o deməkdir ki, Türkiyənin Suriya cəbhəsində atacağı addımlar yalnız regional deyil, qlobal güc mərkəzləri arasında da ciddi qarşıdurmalar və diplomatik gərginliklərə yol aça bilər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 04 Sentyabr 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri