Türkiyədən müharibə anonsu: bu dəfə soyqırım olacaq
GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan şənbə günü Şarm əl-Şeyx sülh sammitində əldə olunan razılaşmanı “tarixi imza” kimi qiymətləndirib.
Globalinfo.az xəbər verir ki, o, bunun Qəzza zolağı və ümumiyyətlə, Yaxın Şərq üçün dönüş nöqtəsi olduğuna diqqət çəkib.
“Bu, tarixi bir imza idi. Qəzza, region və prezidentimizin qlobal liderliyinin yenidən təsdiqi üçün son dərəcə vacib idi”- deyə, o qeyd edib.
Fidan xəbərdarlıq edib ki, atəşkəs rejiminin pozulması adi müharibəyə deyil, “yenilənmiş soyqırıma” gətirib çıxaracaq:
“Atəşkəsin pozulması o deməkdir ki, İsrail müdafiəsiz fələstinliləri öldürmək üçün silah sahəsindəki hədsiz üstünlüyündən istifadə edir. Başlanacaq müharibə deyil, soyqırım olacaq. Bu, hər iki tərəfin bərabərhüquqlu mübarizə apardığı ənənəvi münaqişə deyil. Qəzzada davam edən sistematik məhvetmədir”.
Safura Bənnayeva
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 19 Oktyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















