Icma.az
close
up
RU
Türkiyəli ekspert: Azərbaycanın təklif etdiyi imkanlar Ermənistanın milli maraqları ilə üst üstə düşür

Türkiyəli ekspert: Azərbaycanın təklif etdiyi imkanlar Ermənistanın milli maraqları ilə üst üstə düşür

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı,12 avqust, AZƏRTAC

Hazırda Ermənistan milli maraqları baxımından Azərbaycan siyasəti ilə üst-üstə düşən bir mərhələyə daxil olub. Ermənistan tərəfindən baxıldıqda, Türkiyənin əsas hədəfi əvvəlcə Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasıdır. Növbəti mərhələdə isə Türkiyə–Ermənistan quru sərhədinin açılması nəzərdə tutulur. Bu, Azərbaycan və Orta Asiyaya gedən yükdaşımaların Ermənistan ərazisindən həyata keçirilməsinə, nəticədə isə ölkənin əlavə iqtisadi gəlir əldə etməsinə şərait yaradacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Engin Özer bildirib.

Onun sözlərinə görə, bu gəlir Ermənistanın milli təhlükəsizliyini möhkəmləndirə, iqtisadi asılılığını azalda və Avropa İttifaqı ilə ticarət əlaqələrini genişləndirməsinə şərait yarada bilər.

Ekspertin fikrincə, Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi balanslı siyasət məhz bu məqsədlərlə uzlaşır. Azərbaycanın Ermənistan üçün təqdim etdiyi bütün imkanlar, - istər sülh sazişinin imzalanması, istərsə də Türkiyə ilə sərhədin açılması, - Paşinyan hökumətinin strateji planlarında yer alan addımlardır. Bu isə qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelidir.

Engin Özer Ermənistan daxilindəki çətinliklərə də diqqət çəkib. O, ölkədəki daşnakların və hələ də ölkə ərazisində mövcud olan Rusiya hərbi bazalarının Paşinyan hökumətinə ciddi təzyiq göstərdiyini bildirib. “Belə bir şəraitdə Paşinyanın Qərbə yönəlməsi böyük cəsarət tələb edir. Amma proses hələ başa çatmayıb. Xarici müdaxilə nəticəsində yaxın həftələrdə Ermənistanda siyasi böhran mümkündür. Əgər hökumət bu mərhələni uğurla keçsə, sazişin şərtlərinə əməl olunacağına şübhə etmirəm”, - deyə siyasi ekspert qeyd edib.

O vurğulayıb ki, Ermənistanın Türkiyə ilə sərhədin açılmasına ciddi ehtiyacı var. Hazırda Ermənistan dünya ilə əsasən Gürcüstan üzərindən əlaqə saxlayır ki, bu da həm böyük gəlir itkisi, həm də iqtisadi asılılıq yaradır. İnkişaf edən Cənubi Qafqazda Ermənistan üçün də yol var və bu, uzunmüddətli sülhdən keçir. Əgər daxildə destabilizasiya baş verməsə, Ermənistan sazişə əməl edəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Avqust 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xoşbəxtlik okeanı Məryəm Bağırova yazır

10 Noyabr 2025 14:10see577

Zaman beyində işləyir…

09 Noyabr 2025 23:32see172

3I/ATLAS “Kosmik gəmisi” Günəşə yaxınlaşarkən qəribə reaktivlər yayıb...

09 Noyabr 2025 21:06see136

Zəfər turu nun qalibi bəlli oldu

09 Noyabr 2025 21:00see136

Rusiyada bu avtomobillərin qiyməti qalxacaq...

09 Noyabr 2025 23:47see136

1 tonluq sirr: Bir balqabaq necə 1000 kiloqrama qədər böyüyür?

10 Noyabr 2025 05:31see135

Bu, səhv qərar idi Slot Van Deykin qolunun ləğvi barədə

10 Noyabr 2025 00:22see132

Tramp Putin görüşü yalnız bu halda keçiriləcək Siyarto

09 Noyabr 2025 21:10see132

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see129

Gün ərzində tərəvəz yeyin, axşama təsirini görəcəksiniz

09 Noyabr 2025 21:00see129

La Liqa: Real xal itirdi, Barselona səhv etmədi

10 Noyabr 2025 02:28see128

Maşını Röya alacaq Video

09 Noyabr 2025 21:10see128

Əsl zeytun yağını saxtasından ayırd etmək üçün DÖRD ÜSUL

10 Noyabr 2025 14:49see127

Zelenski ilə müsahibə zamanı işıqlar söndü Video

10 Noyabr 2025 01:28see127

Zaqatala sakinin meyiti idarə etdiyi avtomobildə aşkarlanıb

10 Noyabr 2025 23:06see126

Beş ildə Zəfərlə bağlı hansı kitablar yazılıb? AYB dən CAVAB

10 Noyabr 2025 10:10see126

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see124

“Öz özümə düşünürdüm: bu nə vaxt bitəcək?” Azərbaycan millisinin sabiq futbolçusunun ə MÜSAHİBƏSİ + FOTO

10 Noyabr 2025 12:07see122

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see120

Narsissləri necə tanımaq olar? Psixoloqlar danışdı

10 Noyabr 2025 14:48see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri