Icma.az
close
up
RU
Türkiyəli ekspert: Qlobal temperaturun 1,5 dərəcə Selsi səviyyəsində məhdudlaşdırılmasının müzakirəsi artıq gecdir AZƏRTAC

Türkiyəli ekspert: Qlobal temperaturun 1,5 dərəcə Selsi səviyyəsində məhdudlaşdırılmasının müzakirəsi artıq gecdir AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ankara, 21 noyabr, AZƏRTAC

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) 2030-cu ilə qədər qlobal istiləşmənin 1,5 dərəcə Selsiyə qədər məhdudlaşdırılması mövzusunun müzakirəsi mənasızdır. Bu hədd artıq aşılıb.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərlə söhbətində Türkiyənin Boğaziçi Universitetinin İqlim Dəyişikliyi Siyasətinin Tədqiqi və Tətbiqi Mərkəzi İdarə Heyətinin rəhbəri, professor Murat Türkeş ifadə edib.

Alimlərin 2024-cü ilin ən isti il olacağına dair təxminlərini şərh edən Türkeş, həmçinin keçən il avropalı mütəxəssislərin qlobal istiləşmənin sənayedən əvvəlki dövrlə müqayisədə 1,48 dərəcə artım qeyd etdiyinə diqqət çəkib. “Məncə, Paris razılaşmasının qlobal istiləşməni 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaq məqsədinə dair minimum hədd də aşılıb və son 15 ayda bəşəriyyət yeni iqlim reallıqlarında yaşayır”, - deyə türkiyəli professor bildirib.

Ekspert qeyd edib ki, dünya ictimaiyyəti ekoloji sahədə real addımlar atmaq üçün səylərini birləşdirməsə, hər yeni il temperatur göstəriciləri baxımından “yeni rekord qırılacaq”. “Təəssüf ki, əgər bu ilin noyabr və dekabr aylarında əvvəlki aylarda olduğu kimi dünyada orta temperatur normadan artıq olarsa, 2024-cü ildə qlobal istiləşmə sənayedən əvvəlki dövrlə müqayisədə 1,55 dərəcə Selsi təşkil edəcək. Beləliklə, cari il müşahidələr tarixində temperaturun ardıcıl olaraq normaları aşdığı ilk il olacaq. Bütün bunlar dünyada təbii fəlakətlərin sayını artıracaq”, - deyə Boğaziçi Universitetinin müəllimi bildirib.

O, istisna etməyib ki, əsrin sonuna qədər dünya ictimaiyyəti artıq qlobal istiləşmənin 3 dərəcə Selsiyə qədər məhdudlaşdırılması məsələsini müzakirə edəcək. “Bu, yalnız dövlətlərin götürdüyü bütün öhdəliklərin tam şəkildə yerinə yetirildiyi təqdirdə baş verməyəcək” –deyə ekspert vurğulayıb.

Professor Murat Türkeş qeyd edib ki, Paris razılaşması atmosferə atılan istixana qazlarının cəmi 3 faiz azalmasına səbəb olub. “Əgər dünya birliyi iqlim böhranı ilə mübarizə üçün real addımlar atsa, onda 3 dərəcə Selsi istiləşmə həddini müzakirə edəcək. Əks halda, temperaturun yüksəlməsi 5 dərəcəyə çatacaq və kataklizmlər xüsusilə dağıdıcı olacaq”, - deyə o, bəşəriyyətin qlobal istiləşməyə hətta 2 dərəcə səviyyəsində uyğunlaşma imkanlarının çox məhdud olduğunu qeyd edib.

COP29 gündəliyinə qayıdan ekspert qeyd edib ki, iqlimin maliyyələşdirilməsi mövzusu xüsusilə adaptasiya və təbiətdəki dəyişikliklərin nəticələrinin aradan qaldırılması kontekstində vacib və aktualdır. “Əvvəlcə elan edilmiş 100 milyard dollar məbləği son dərəcə qeyri-kafidir. İqlim məqsədləri üçün bir neçə trilyon dolların tez bir zamanda ayrılması məsələsini müzakirə etmək lazımdır”, –deyə Boğaziçi Universitetinin professoru vurğulayıb.

O, ABŞ-da prezident seçkilərinin nəticələrinin qlobal iqlim gündəliyinə təsirinin müzakirəsinə də diqqət çəkib. “Məsələ təkcə Donald Tramp administrasiyasının Paris Sazişindən yenidən çıxması ssenarisi deyil. ABŞ hazırda BMT daxilində iqlim xərclərinin dörddəbirini ödəyir. Buna görə də Vaşinqtonun iştirakı olmadan iqlim böhranı ilə mübarizədə kollektiv səylərdə uğur qazanma ehtimalı azdır. Kiotoda belə bir vəziyyətlə qarşılaşdıq”, -deyə İqlim Dəyişikliklərinin Tədqiqi və Siyasətinin Tətbiqi Mərkəzinin rəhbəri bildirib.

O, həmçinin ABŞ ilə Çin arasında davam edən rəqabəti xatırladıb ki, bu da iqlim dəyişikliyinə qarşı mübarizədə özünü büruzə verir: “Vaşinqton israrla Pekindən təkcə istixana qazı emissiyalarının azaldılması üzrə öhdəliklərdə deyil, həm də iqlimin maliyyələşdirilməsində iştirak etməyi tələb edir. Pekin isə Çinin inkişaf etməkdə olan ölkələr siyahısına daxil edilməsini əsas gətirir və buna etiraz edir”.

Onun sözlərinə görə, iqlim dəyişikliyinin yaratdığı təbii fəlakətlər inkişaf etməkdə olan ölkələrə daha çox ziyan vurur. “Bu ölkələr ərzaq təhlükəsizliyi problemlərini həll etməkdə çox çətinlik çəkir. Bu baxımdan, dövlətlərin 2025-ci ildə dərc etməyi planlaşdırdığı və milli olaraq müəyyən edilmiş töhfələr daha iddialı məqsədləri ehtiva etməlidir”, -deyə professor hesab edir.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Noyabr 2024 15:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri