Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım FOTO/VİDEO
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Türkiyənin Kırklareli şəhərinin Lüleburqaz rayonunda yaşayan fermer Azərbaycanın Qarabağ Zəfərini xüsusi şəkildə qeyd etmək istəyib.
Bu barədə Oxu.Az "Anadolu"ya istinadən xəbər verir.
Məlumata görə, Burak Tunçkol adlı fermer traktoruna Türkiyə və Azərbaycan bayraqlarını bərkidib, torpaqda şumla iz qoyaraq təxminən dörd saat ərzində "Qarabağ Azərbaycandır, Qarabağ zəfəri dörd yaşında" sözlərini tarlasına yazıb.
Tunçkol Türkiyə və Azərbaycanın qardaş ölkələr olduğunu və Qarabağ zəfərinin ildönümünü qeyd etdiyini bildirib.
Tunçkol Qarabağ Zəfəri üçün çox sayda şəhid verildiyini və bunu unutmadığını vurğulayıb.
"Tarlaya yazı yazdığım zaman kotanı torpağa hər batıranda şəhidləri xatırladım. Şəhidlərimizin məkanı cənnət olsun", - deyə o bildirib.
Qeyd edək ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi 44 gün davam edib. Azərbaycan Prezidentinin sərəncamı ilə bu müharibədə qazanılan qələbə hər il noyabrın 8-də Zəfər Günü kimi qeyd olunur.
 
 
 
 
 
  Baxış sayı:146
Baxış sayı:146 Bu xəbər 07 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 07 Noyabr 2024 14:46 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda Əlaqə
Əlaqə 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















