Türkiyəli professor: Xirosimaya atılan atom bombasının enerjisindən 11 min dəfə güclü zəlzələ idi
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Rusiya Federasiyasının Kamçatka yarımadasında baş verən zəlzələnin enerjisi Xirosimaya atılan atom bombasının enerjisindən 11 min dəfə çoxdur".
Oxu.Az "Tgrthaber"ə istinadən xəbər verir ki, bu sözləri türkiyəli geologiya mühəndisi, professor Okan Tüysüz deyib.
O.Tüysüz əlavə edib ki, Kamçatka yarımadasının sahillərində baş verən 8.7 bal gücündə zəlzələ Sakit Okeanın ən həssas ocağında meydana gəlib.
"Bu zonada dünyanın ən böyük zəlzələləri və sunamiləri meydana gəlir", - deyə mütəxəssis qeyd edib.
Xatırladaq ki, bu gün səhər saatlarında Rusiya Federasiyasının Kamçatka yarımadasında son onilliyin ən güclü zəlzələlərindən biri qeydə alınıb. Təbii fəlakət yalnız regionda deyil, Yaponiyada, Alyaskada və Havay adalarında da sunami təhlükəsinə səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 30 İyul 2025 13:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















