Türkiyəli sabiq deputat: İnanıram ki, COP29 bütün dünya üçün mühüm qərarların verildiyi vacib platforma olacaq AZƏRTAC
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İstanbul, 15 noyabr, Günel Karatepe, AZƏRTAC
Bu il əsasən təbiətin çirklənməsinin qarşısının alınması, yaşıl bir dünya üçün həmrəylik mövzularını əhatə edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda təşkili böyük hadisədir. COP29 çərçivəsində çoxsaylı dövlət və hökumət başçılarının iştirakı ilə Liderlər Sammitinin keçirilməsi həm də Azərbaycan dövlətinin siyasi və diplomatik uğurlarının göstəricisidir. Qürurumuz olan Can Azərbaycanı tədbirin yüksək səviyyədə təşkili münasibətilə təbrik edirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki sabiq deputatı Yavuz Subaşı deyib.
Ölkəsinin hər zaman olduğu kimi, COP29 müddətində də Azərbaycanın yanında olduğu və onu daim dəstəklədiyini bildirən sabiq deputat vurğulayıb ki, Türkiyə COP29 toplantısında Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə geniş nümayəndə heyəti ilə təmsil olunub.
“İnanıram ki, COP29 bütün dünya üçün mühüm qərarların verildiyi vacib platforma olacaq. Can Azərbaycanın dünya miqyasında göstərdiyi yüksək səviyyəli təşkilatçılıqla daha böyük uğurlara imza atacağına inamım tamdır”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 15 Noyabr 2024 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















