Qazaxıstan millisinin sabiq futbolçusu: İnanıram ki, Stas Pokatilovun “Sabah”a keçidi onun üçün uğurlu olacaq AZƏRTAC
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 21 yanvar, AZƏRTAC
“İnanıram ki, Stasın “Sabah” komandasına keçidi onun üçün uğurlu olacaq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstan millisinin sabiq futbolçusu Pavel Valeriyeviç Evteev həmyerlisi Stas Pokatilovun "Sabah" klubuna transferi ilə bağlı danışarkən deyib.
57 yaşlı mütəxəssis qolkiperin yüksək hədəfləri olan istənilən komandaya asanlıqla qoşula biləcəyini söyləyib: “Sabah”a keçid onun şəxsi qərarıdır. Görünür, Stas özünü Avropa arenasında, başqa ölkənin çempionatında sınamağa qərar verib. Ona uğurlar arzulayıram. “Sabah” yaxşı komandadır və biz Azərbaycan çempionatında mübarizə aparan “Qarabağ”ın avrokuboklarda əldə etdiyi möhtəşəm nəticələri də görürük. Ümid edirəm ki, onun üçün hər şey yaxşı olacaq”.
Qeyd edək ki, S.Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib. 2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas yığmada 28 oyun keçirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 21 Yanvar 2025 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















