Türkiyənin daha bir nəhəng gölü quruyur İznik gölündə su 350 metr geri çəkilib (FOTO)
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyənin ən böyük şirin su hövzələrindən olan İznik gölü qurumaq təhlükəsi ilə üzləşib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq gölün bəzi hissələrində su 350 metrə geri çəkilib.
Bu isə qayıqların quruda qalması ilə müşaiyət olunub.
Məlumatda deyilir ki, Gölbaşı gölündən sonra Türkiyənin beşinci, Mərmərə bölgəsinin ən böyük gölü olan İznik gölündə vəziyyət belə davam edərsə, daha pisləşəcək: "310 kvadrat kilometrlik sahəsi ilə Türkiyənin beşinci ən böyük gölü olan İznik gölündə suyun səviyyəsinin bu şəkildə azalması bölgədə ekoloji fəlakətə yol aşmaqla, içməli su problemli, həmçinin kənd təsarrüfatının gələcəyini sual altında qoyacaq"
Yetkililər isə deyir ki, göldə suyun azalması azalan yağışlar və qlobal istiləşmə ilə bağlıdır.
Onu da qeyd edək ki, İstanbulda bir, Bursada isə iki böyük göl demək olar ki, quruyub.
Firudin Səfərli
MİA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 30 Oktyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















