Suriyalı qaçqınların qayıdışı sürətlənib Türkiyənin daxili işlər naziri
Icma.az, Azpost saytına istinadən bildirir.
Bəşər Əsəd rejiminin süqutu fonunda Suriyaya qaçqın axını artıb. Təkcə dekabrın 9-dan 13-dək olan müddətdə Türkiyədən öz vətənlərinə könüllü olaraq 7621 qaçqın qayıdıb və ümumilikdə bu ilin 11 ayı ərzində bu göstərici 121 min 695 nəfər təşkil edib.
Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.
Nazirin sözlərinə görə, Türkiyədə Suriyadan olan qaçqınların sayı 2 milyon 938 min nəfərdən çoxdur, onların əksəriyyəti Hələb vilayətinin keçmiş sakinləridir.
“TRT Haber” telekanalının məlumatına görə, Hatay vilayətinin İdliblə həmsərhəd olan “Cilvegözü”, “Yayladağı” və “Zeytindalı” keçid məntəqələrində suriyalılardan ibarət uzun növbələr düzülüb.
Bu arada Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin Dəməşqdəki səfirliyinin 12 ildən sonra yenidən fəaliyyətə başlamasını alqışlayıb. “Qarşıdakı dövr Suriya üçün asan olmaya bilər, lakin Türkiyə Suriya xalqı ilə çiyin-çiyinə durmağa davam edəcək”, – deyə Türkiyə diplomatiyasının rəhbəri bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 15 Dekabr 2024 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















