BDU nun Filologiya fakültəsində şair Fəxrəddin Ziya ilə görüş olub
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 30 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Beynəlxalq Mahmud Kaşğari mükafatı” laureatı şair Fəxrəddin Ziya ilə görüş keçirilib.
BDU-dan AZƏRTAC-a bildirilib ki, Filologiya fakültəsi Tələbə Gənclər Təşkilatının sədri Hümbət Bədəlov şairin həyatı və yaradıcılığı barədə ətraflı məlumat verib.
Universitetin Azərbaycan dilçiliyi kafedrasının dosenti Fikrət Şiriyev, Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri professor Alış Qasımov, tanınmış yazıçı-jurnalist Nazir Əhmədli Fəxrəddin Ziyanın ədəbi fəaliyyəti və ziyalı kimi şəxsiyyəti barədə fikirlərini bölüşüblər.
Daha sonra söz qonağa verilib. Fəxrəddin Ziya müasir ədəbi proseslə bağlı düşüncələrini bölüşüb, yaradıcılığından şeirlər səsləndirib.
Tədbir çərçivəsində tələbələr şairin şeirlərini ifa edib, ona suallar ünvanlayıblar. Görüşün sonunda qonaq “İstəyimin qolları” adlı son kitabını imzalı şəkildə tələbələrə hədiyyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 30 Aprel 2025 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















