Icma.az
close
up
RU
Türkiyənin gizli dünyasını kəşf edin FOTOLAR

Türkiyənin gizli dünyasını kəşf edin FOTOLAR

Tribuna saytına istinadən Icma.az xəbər verir.

Tarixi zənginliyi, təbiət gözəllikləri və qonaqlara fərqli səyahət təcrübələri təqdim edən çoxsaylı istiqamətləri ilə Türkiyə, nüfuzlu səyahət siyahılarında yerini möhkəmləndirməyə davam edir.

Tribunainfo.az xəbər verir ki, son olaraq, ölkə daha bir beynəlxalq tanınma əldə edib: dünyanın ən məşhur təbiət marşrutlarından biri olan Likya Yolu.

Böyük Britaniyanın məşhur Time Out jurnalının versiyasına görə, Likya Yolu, “Dünyanın Ən Gözəl Piyada Marşrutu” elan edilib. Fəthiyyə ilə Antalya arasında, Türk Rivierasının sahili boyunca uzanan bu yol, trekking həvəskarlarına həm təbiətin, həm tarixin, həm də açıq hava macəralarının dadını çıxarmağa imkan verir.

Türk Rivierasının mənzərəli və tarixi marşrutları

Türkiyənin Aralıq dənizi sahili, firuzəyi dənizlə əzəmətli Toros Dağları arasında uzanır və özünəməxsus piyada marşrutları ilə seçilir. Xüsusilə ilin bu dövrü bölgəni piyada kəşf etmək üçün ideal zamandır. Bu marşrutların ən məşhuru isə Türkiyənin ilk uzunməsafəli yolu sayılan və 500 kilometrdən artıq məsafəni əhatə edən Likya Yoludur.

Təbiəti, tarixi və yerli mədəniyyəti özündə birləşdirən bu marşrut qədim Likya yaşayış məntəqələrindən və UNESCO-nun siyahısına daxil edilmiş Ksantos-Letoon, Olympos, Patara və Myra kimi önəmli arxeoloji məkanlardan keçir. Yolboyu səyahətçilər, Üzümlü və Bezirgan kimi ənənəvi yaylaq kəndlərini ziyarət edə, marşrutun son nöqtəsinə yaxın olan Geyikbayırında qayaya dırmanma kimi açıq hava fəaliyyətlərini də sınaya bilirlər.

Paul Yolu: Tarix və mənəvi dərinlik

Türkiyənin iç bölgələrinin Bibliya dövrlərində necə göründüyünü hiss etmək istəyənlər üçün isə Paul Yolu ideal seçimdir. Antalya ərazisində yerləşən və ölkənin ikinci uzunməsafəli trekking marşrutu olan Paul Yolu, Həzrəti Pavelin missionerlik səfərləri zamanı keçdiyi qədim izləri təqib edir. Marşrutun iki ayrı qolu — biri Pergedən, digəri isə Köprülü Kanyon Milli Parkından başlayır və qədim Adada şəhərində birləşərək Sittaslow Yalvaçda yekunlaşır. Bu yol, səyahətçilərə həm təbii gözəllik, həm də mənəvi dərinliklə zəngin bir təcrübə təqdim edir.

Egey bölgəsində tarix yenidən canlanır

Egey bölgəsi həm mülayim hava şəraiti, həm də möhtəşəm yürüş marşrutları ilə seçilir. Buradakı ilk önəmli marşrut Kariya Yoludur —  bu yol Türkiyənin ən uzun piyada yürüş yoludur. Qədim kariyalıların izlərini izləyən bu 850 kilometrlik marşrut dörd əsas hissəyə bölünür. Yol, Bozburundan (məşhur qayıq istehsalı və sakit koyları ilə tanınır) və badam bağları, eləcə də qədim Knidos şəhəri ilə seçilən Datçadan başlayaraq, Gökova körfəzində yerləşən Cittaslow Akyakaya və Mylasa (Milas), Alinda kimi şəhərlərin yerləşdiyi Daxili Kariya bölgəsinə qədər uzanır.

Efelər Yolu isə İzmirin ən yeni yürüş marşrutlarından biridir və Green Destinations tərəfindən “Top 100 Stories” siyahısına daxil edilən dayanıqlı turizm marşrutudur. 28 mərhələdən ibarət olan bu yol 27 əsas və bir alternativ marşrutu izləyir. Səyahətçilər burada türk xalqının azadlıq mübarizələrinin simvolu olan Efelərin mədəniyyətini yaxından müşahidə edə bilirlər. Marşrut, BMT-nin “Ən Yaxşı Turizm Kəndləri” siyahısında yer alan Birgi və Şirince kimi kəndlərdən keçir, qədim cığırlar və geniş yaylalar boyunca uzanır. Yürüş edənlər, ziyarət etdikləri hər kəndin özünəməxsus simvolu ilə möhürlənən “Efelər Yolu Pasportu”nu da toplaya bilirlər.

Frig Yolu: Tarix və mədəniyyət iç içə

Egey bölgəsinin iç hissəsində yerləşən Frig Yolu isə Afyonkarahisar, Kütahya, Eskişehir və Ankaranı əhatə edərək qədim friglilərin izlərini izləyir. Frig vadiləri, qayalıq landşaftları və çoxsaylı tarixi abidələrlə zəngindir. Buraya Kütahyada Ana Tanrıça Kibeleyə həsr olunmuş açıq hava məbədləri, Ankarada UNESCO siyahısında yer alan Frig mədəniyyətinin paytaxtı Qordion və Afyonkarahisardakı Ayazini kəndi daxildir — burada Frig Andavaz qalası, qaya məskənləri və qədim qəbirlər mövcuddur. Təxminən 500 kilometr uzanan Frig Yolu, istər Afyonkarahisardan, istər Kütahyadan, istərsə də Ankaradan başlansın, sonda friglilərin dini mərkəzi sayılan, Eskişehirdə yerləşən Yazılıkaya (Midas Abidəsi) ilə tamamlanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 19 Noyabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri