Türkiyənin hüquqmühafizə orqanlarının 310 minə yaxın əməkdaşı Yeni il tədbirləri ilə bağlı təhlükəsizliyi təmin edir AZƏRTAC
Icma.az, Azertag saytına istinadən bildirir.
Ankara, 31 dekabr, AZƏRTAC
Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, Yeni il tədbirləri ilə bağlı ölkədə təhlükəsizliyin təmin edilməsinə ümumilikdə 309 min 819 asayiş keşikçisi, o cümlədən 200 mindən çox polis, 100 minə qədər jandarm və bir neçə min sahil mühafizəsi əməkdaşı cəlb olunub.
AZƏRTAC xəbər verir ki, Türkiyənin daxili işlər naziri gücləndirilmiş iş rejiminin yanvarın 2-dək davam edəcəyini bildirib.
“Vətəndaşların təhlükəsizliyi və əmin-amanlığı bizim prioritetimizdir”, - deyə A.Yerlikaya vurğulayıb. Nazirin sözlərinə görə, respublika əhəmiyyətli avtomobil və magistral yollarında, eləcə də şəhərlərin küçə və prospektlərində 30 mindən çox yol polis əməkdaşı xidmət göstərir.
Daxili işlər naziri bildirib ki, ümumilikdə ölkə üzrə 6862 polis nəzarəti məntəqəsi yaradılıb, 3923 məntəqədə isə jandarm əməkdaşları xidmət edirlər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 31 Dekabr 2024 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















