Türkiyənin məşhur serialı beynəlxalq Emmy mükafatını qazandı
Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyənin "Leyla: Həyat... Sevgi... Ədalət" serialı 54-cü Beynəlxalq "Emmy" mükafatlandırma mərasimində qalib olub.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, ABŞ-nin Nyu-York şəhərində keçirilən mərasimdə 22 ölkədən 64 namizəd 16 nominasiya üzrə mübarizə aparıb.
Türkiyəni "Ən yaxşı telenovela" nominasiyasında təmsil edən "Leyla" və "Uzaq şəhər" serialları arasında mükafata "Leyla" layiq görülüb.
Serialın rejissoru Hilal Saral mükafatla bağlı sevincini bölüşüb:
"Çox xoşbəxtik, çox qürurluyuq. Ölkəmizi burada təmsil etmək və mükafatla geri dönmək bizi çox sevindirir".
Mərasimdə "Uzaq şəhər" serialının baş rol ifaçıları Sinem Ünsal və Ozan Akbaba da iştirak ediblər.
Qeyd edək ki, "Ən yaxşı dram serialı" mükafatına Fransanın "Careme", "Ən yaxşı komediya serialı" mükafatına isə Argentinanın "Division Palermo" ekran əsəri layiq görülüb.
Baxış sayı:58
Bu xəbər 24 Noyabr 2026 13:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















