Icma.az
close
up
RU
Türkiyənin Qazi Universitetində “Azərbaycan dilinin tədrisi ocağı” yaradılıb

Türkiyənin Qazi Universitetində “Azərbaycan dilinin tədrisi ocağı” yaradılıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ankara, 30 may, AZƏRTAC

Azərbaycan Respublikasının Türkiyədəki səfirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi milli mədəniyyətimizin, tariximizin və ana dilimizin təbliği istiqamətində davamlı layihələr həyata keçirir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Türkiyənin Qazi Universitetinin dəstəyi ilə sözügedən universitetdə “Azərbaycan dilinin tədrisi ocağı” yaradılıb.

Mayın 30-da Ankarada keçirilən “Azərbaycan dilinin tədrisi ocağı”nın və Azərbaycan türkcəsi kurslarının açılış mərasimində Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova, Qazi Universitetinin rektoru Uğur Ünal, Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, eləcə də Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi iştirak ediblər.

“Azərbaycan Dilinin Tədrisi Ocağı”nın rəmzi açılış lenti kəsilib.

Tədbiri giriş sözü ilə açan “Azərbaycan dilinin tədrisi ocağı”nın müəllim Şəhla İbişova bildirib ki, bu ocaq ortaq tariximizin, “Bir millət, iki dövlət” anlayışının canlı şəkildə hiss olunduğu bir məkan olacaq. Dil kurslarında sadəcə qrammatika öyrədilməyəcək. “Biz burada birlikdə Azərbaycan tarixindən danışacağıq, klassik şeirləri, folklor nümunələrini dinləyəcəyik”, - deyən Şəhla İbişova, bütün dərs vəsaitlərinin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təmin olunacağını bildirib.

Daha sonra çıxış edən Qazi Universitetinin rektoru, professor Uğur Ünal Ankara ilə Bakı arasındakı köklü tarixi əlaqələrdən danışıb.

Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri - bizim kədərimizdir” və Ulu Öndər Heydər Əliyevin “İki dövlət, bir millət” kəlamlarını xatırladan rektor Azərbaycan dilinin tədrisinin Türkiyə üçün böyük əhəmiyyət daşıdığını deyib.

“Ankarada belə bir tədris müəssisəsinin olması çox vacibdir. Rektorluq olaraq bu təşəbbüsə dəstək verməyə davam edəcəyik”,- deyə Uğur Ünal əlavə edib.

Daha sonra Azərbaycan mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, “Azərbaycan dilinin tədrisi ocağı” iki qardaş ölkə arasında mədəni əlaqələrin dərinləşməsinə xidmət edi.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, ölkəmizin qədim tarixi və zəngin mədəniyyətini qardaş ölkədə tanıtmaq istiqamətində görülən işlərdən danışıb.

S. Abbasov bildirib ki, “Azərbaycan dilinin tədrisi ocağı”, Türkiyə ictimaiyyətinə mədəniyyətimizi və tariximizi daha dərindən öyrənmək imkanı verəcək, beləliklə iki qardaş ölkə arasında növbəti dostluq körpüsü qurulmuş olacaq.

Onun sözlərinə görə, Qazi Universitetində yaradılan yeni təhsil ocağında Azərbaycana dair nəşrlərdən ibarət kitabxana təşkil olunub və bu fonddan bütün gənclər faydalana biləcək.

“Azərbaycan dili kursları yalnız Qazi Universitetinin tələbələri üçün deyil digər universitetlərin tələbələri və dilə maraq göstərən bütün şəxslər üçün açıq olacaq”. – deyə S. Abbasov bildirib.

Qeyd edək ki, dərslərdə informasiya texnologiyalardan istifadə ediləcək, audio-video materiallar, filmlər nümayiş etdiriləcək, müasir interaktiv tədris metodikaları tətbiq olunacaq.

Təhsil prosesi təcrübəli pedaqoq tərəfindən ödənişsiz şəkildə aparılacaq. Kurs iştirakçılarının tanınmış azərbaycanlı ictimaiyyət və mədəniyyət xadimləri ilə görüşləri də təşkil ediləcək. Həmçinin ana dilimizdə Azərbaycan, onun tarixi nailiyyətləri ilə zəngin milli mədəniyyəti ilə bağlı müzakirələr təşkil olunacaq. Gələcəkdə bu kursların daha da genişləndirilməsi, habelə Azərbaycan türkcəsi fənninin ali təhsil müəssisələrinin tədris proqramlarına daxil edilməsi və tədrisi istiqamətində də iş aparılır.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri