Türkiyənin sabiq prezidenti illər sonra ilk dəfə görüntüləndi FOTO
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər uzun müddət sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Globalinfo.az “Teleqraf”a istinadən xəbər verir ki, o, 39-cu Beynəlxalq Ankara Musiqi Festivalının açılış konsertində iştirak edib.
Ankarada baş tutan tədbirə, Əhməd Necdət Sezərdən başqa, Türkiyənin 2-ci prezidenti İsmət İnönünün qızı və İnönü Fondunun rəhbəri Özdən Tokər, fondun sədr müavini Gülsün Bilgəhan, tanınmış orkestr rəhbərləri Gürər Aykal, Rəngim Gökmən və bir sıra sənət adamları qatılıb.
Tamaşaçılar arasında yer alan Əhməd Necdət Sezərin son görünüşü böyük maraq doğurub.
Qeyd edək ki, Əhməd Necdət Sezər 1941-ci ilin sentyabr ayında dünyaya gəlib. O, 2000-ci ilin 16 may tarixindən 2007-ci ilin 20 avqust tarixinə qədər Türkiyə Respublikasının Prezidenti olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 06 Aprel 2025 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















