Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Türkiyənin Suriya PLANI Əsəddən sonra NƏLƏR OLACAQ?

Türkiyənin Suriya PLANI Əsəddən sonra NƏLƏR OLACAQ?

News24 saytından alınan məlumata görə, Icma.az bildirir.

Siyasi təhlilçilər hesab edir ki, bu ölkədə vəziyyət daha da mürəkkəbləşəcək, ciddi təlatümlər yaşanacaq və əhalinin vəziyyəti yaxın müddətdə yaxşılaşmayacaq

Suriyada 53 illik Əsəd rejimi çökdü. Hakimiyyətə necə gəlmişdisə, elə də getdi. Yəni çevrilişlə. İran və Rusiya bu dəfə diktatora kömək edə bilmədi. 

“Suriya rejimi ona uzatdığımız əlin qiymətini bilmədi”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan həmçinin Türkiyənin Suriyanın vahid dövlət kimi qalmasında maraqlı olduğunu vurğulayılb. “Suriyada artıq yeni siyasi-diplomatik reallıq mövcuddur. Ölkənin gələcəyini Suriya xalqı həll edəcək”, - Prezident qeyd edib.

Onun sözlərinə görə, bölgədə hadisələrin qızışdırılması heç kimə fayda verməyəcək. Türkiyə lideri əlavə edib ki, ölkəsinin milli təhlükəsizliyinə qarşı atılan bütün addımların qarşısı alınacaq. O, regional və beynəlxalq aktorları Suriyanın ərazi bütövlüyü və milli birliyini dəstəkləməyə çağırıb. 

Bu arada, Türkiyənin hökumətyönlü “Sabah” qəzeti Suriyada hadisələrin inkişafı ilə bağlı 5 mümkün ssenari təklif edib:

İdeoloji fərqlərinə baxmayaraq, müxalifətin və müxtəlif fraksiyaların iştirakı ilə Suriya Demokratik Respublikasının yaradılması;

Əsas rolu “Həyat Təhrir əş-Şam” nümayəndələrinin oynayacağı “Suriya İslam Respublikası”nın yaranması;

İsrailin nəzarəti altında “anti-şiə dövləti”nin yaradılması;

Birləşmiş Ştatların himayəsi altında kiçik asılı qurumlara bölünəcək “Suriya Federativ Respublikası”nın elan edilməsi;

Suriyanın bir dövlət olaraq parçalanması.

Ümumiyyətlə, Suriyada qalib kimdir, xalq yoxsa? Post-Əsəd Suriyasının konturları necə görünür? Ümumi seçkilər mümkünmü? Suriya BMT sərhədlərində qala biləcəkmi, yoxsa federativ və ya konfederativ dövlətə çevriləcək? 5.5 milyonluq türkmən-azərbaycanlıların taleyi necə olacaq? Bu məsələdə Ankaranın hansısa B planı varmı? 

“Alyans” Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Suriyada antixalq mahiyyətli Bəşər Əsəd rejiminə son qoyuldu. Təbiidir ki, bu baxımdan yanaşsaq, bu hadisənin qalibi xalq hesab oluna bilər: “Çünki Əsəd iqtidarı xalqın iradəsini zorlayan, öz maraqlarını düşünən, yalnız özünə xidmət eləyən hakimiyyət idi: "Ancaq onun getməsindən xalq udacaqmı? Təcrübə göstərir ki, bu cür rejimlərin çöküşündən sonra xalqın, ölkənin vəziyyəti bir az pisləşir. Çox güman ki, Suriya da yaxın illər ərzində çox ciddi təlatümlər yaşayacaq və əhalinin vəziyyəti ən azından yaxşılaşmayacaq. Böyük dövlətlər Suriyanın ərazi bütövlüyünün tərəfdarı olduqlarını həm əvvəllər, həm də son günlər dəfələrlə bəyan ediblər. Ona görə çox güman ki, Suriyanın sərhədləri, ərazisi indiki ölçüdə qorunub saxlanacaq. Yəqin ki, seçkilər də keçiriləcək. Çünki başqa cür uzun müddət hakimiyyətə gələn müxtəlif qruplar həmrəylik şəraitində yəqin ki, işləyə bilməyəcəklər. Bu, nə dərəcədə demokratik olacaq, bunu təbiidir ki, gələcək göstərəcək. Ancaq aydındır ki, dünya standartlarında demokratik seçkilərin Suriyada keçiriləcəyini gözləmək sadəlövhlük olar".

Ekspert qeyd etdi ki, ABŞ-ın Suriya ərazisində kürd dövləti yaratmaq istədiyi məlumdur. ABŞ ayrı-ayrı kürd qruplarına maliyyə və silah yardımı göstərir: “Bundan sonra bu siyasət davam etdiriləcəkmi? Nəzərə alsaq ki, Donald Trampın hakimiyyəti dövründə həmin kürd qruplaşmalarına diqqət artırılmışdı, bundan sonrakı dövr üçün də narahatlıqlar var. Ancaq onu da nəzərə alsaq ki, Bəşər Əsədin devrilməsində həlledici rol Türkiyəyə yaxın olan qruplaşmalara məxsusdur, güman etmək olar bu cür "dövlətlərin" yaranmasına Türkiyə imkan verməyəcək".

A.Səmədov hesab edir ki, Suriya BMT sərhədləri çərçivəsində qalacaq. Eyni zamanda bölgədə Türkiyənin rolunun artması Suriya türkmənləri ilə bağlı olan narahatlıqları da yəqin aradan qaldıracaq: “Nə qədər etiraf olunmasa da Türkiyə Bəşər Əsəd rejiminin sona çatmasında çox mühüm rol oynadı. Mətbuatda belə iddialar var ki, bu əməliyyat Türkiyəyə ən azı 6 ay əvvəlcədən məlum idi. Yəqin ki, əvvəlcədən müəyyən planlar da hazırlanıb.  Çünki Türkiyə böyük dövlətdir və yaxın sərhədində baş verən mühüm dəyişikliklərə daim hazır olmaq üçün müxtəlif planlar tərtib edir. Şübhə yoxdur ki, Türkiyənin A planı, B planı da var. Hətta ortaya çıxa biləcək müxtəlif gözlənilməz variantların qarşısını almaq üçün digər planlar da hazırlanıb və ümid edək ki, Türkiyəyə gəlmiş suriyalı qaçqınlar qısa müddətdə geri qayıdacaqlar, Türkiyə öz sərhədində onu narahat eləməyən sabit bir Suriya dövləti əldə edəcək”. 

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə bildirdi ki, Suriyada İdlibdən başlayan hücumun 12 gün içində qələbə ilə nəticələnəcəyini və 53 illik Əsəd rejiminin belə asanlıqla yıxılacağını proqnozlaşdırmaq çətin olardı. Belə fikir formalaşmışdı ki, Əsəd illər öncə başlayan müharibədə Rusiya və İranın köməyi ilə hakimiyyətini qoruya bildiyindən gücünü bərpa edə bilib: “Ərəb dövlətləri və Türkiyə də bu reallığı qəbul edərək Əsədlə yenidən təmasların mümkünlüyünü bildirirdi. Ötən ilin may ayında Əsəd 12 illik fasilədən sonra Ərəb Liqasının Səudiyyə Ərəbistanında keçirilən sammitinə dəvət olundu. Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan son aylarda Bəşər Əsədlə dialoq imkanlarından danışırdı. Əgər ərəb dövlətləri və Ərdoğan Əsədin bir il sonra yıxılacağını proqnozlaşdıra bilsəydilər, onunla yenidən dialoq qurmağa çalışardılarmı? Çətin. 

Fikrimcə, “Heyət Tahrir eş-Şam” (HTŞ) qruplaşmasının uğurlu hərbi əməliyyatına baxmayaraq, Əsəd rejiminin 12 gün içində yıxılmasının arxasında əvvəlcədən hesablanmış dərin analiz dayanır. Bu analizin içində Əsəd hakimiyyətinin gücü, hücum başlayacağı halda xalqın və ordunun özünü necə aparacağı, Rusiya, İran və “Hizbullah”ın rejimə dəstək imkanları hesablanıb. Bu dərin analizin yalnız HTŞ-yə məxsus olduğu qənaətində deyiləm. Bundan sonra həmin dərin analizin müəllifi və ya müəllifləri Suriyanı maraqlarına uyğun şəkilləndirməyə çalışacaqlar.

Suriyada yeni mərhələ başlayır. Əsəd rejiminin devrilməsi hələ bu ölkədə sabitliyin bərqərar olması anlamına gəlmir. Əsəd rejiminin devrilməsində əsas rolu şübhəsiz HTŞ oynadı. Ancaq Suriyada fərqli silahlı qruplar var, PKK-ya bağlı olanlar fürsətdən istifadə edib nəzarət etdikləri əraziləri genişləndirməyə çalışacaqlar. Belə olan halda HTŞ ölkənin bütövlüyü naminə PKK ilə savaşa girişəcəkmi? Hələ ki iki qrup arasında razılaşmanın olduğu görüntüsü var. HTŞ paytaxta doğru irəlilədikdə digər silahlı güclər də fərqli istiqamətlərdə müxtəlif əraziləri nəzarətə götürüblər. Suriyada müxtəlif dinlərin və məzhəblərin ortaq məxrəcə gələrək hamının dəstəklədiyi hakimiyyət formalaşdırması bu ölkə üçün ən ideal variantdır".

E.Şahinoğlunun fikrincə, Suriya üçün ən pisi odur ki, bu ölkədə müxtəlif dövlətlərin maraqları kəsişir: “Böyük oyunçular Suriyada pay sahibi olmağa çalışacaqlar. Suriyada ABŞ və İsrailin maraqları Rusiya və İranın, o cümlədən Türkiyənin maraqları ilə tərs mütənasibdir”.

Siyasi şərhçi Aydın Quliyev isə hesab edir ki, Suriyada Əsədin dövründən də mürəkkəb bir dövr başlana bilər. O, fikrini belə əsaslandırır: “Suriyanın yeni liderliyinə iddialı Colani kimdir? 42 yaşındadır. Suriyada doğulub. Neft fəhləsi olan atası ilə 1989- cu ilə kimi Səudiyyədə yaşayıb. İlk məktəb  təhsilinə  Səudiyyədə başlayıb. 1989-da Suriyaya qayıdıblar... Barəsində təfsilatlı məlumatlar çox azdır.

2000-ci illərin başında ABŞ İraqa müdaxilə edəndə o da İraqda radikal döyüş qüvvələrinin sırasında peyda olub. 2006-da ABŞ qüvvələri tərəfindən həbs edilib və bir neçə il İraqda ABŞ həbsxanasında yatıb. Hansı şəraitdə və necə buraxıldığı bilinmir. Ərəb baharı başlayandan sonra "Əl-Qaidə"nin İraq və Suriya qolları yaradıldı. Suriya qoluna Colani, İraq qoluna Bağdadi rəhbərlik edirdi. 2016-da Əbubəkr  Bağdadi  öz qolunu İŞİD-ə çevirdi. Colani onunla razılaşmadı və "Əl-Qaidə"nin Suriya qolunu "Cəbhə - ən Nusrat" təşkilatına çevirdi. 2019-cu ildə Türkiyə-İran-Rusiya arasında Suriyaya dair Astana atəşkəs razılaşmasından sonra Colaninin dəstəsi İdlibdə qaldı və 2022-ci ildə özünü HTŞ - Heyət-Təhrir-Şam ordusu kimi bəyan elədi. Sonrakı prosesləri bilirsiniz. Noyabrın 27-də İdlibdən yürüşə başlayan Colani 12 gün sonra qos-qoca Əsəd rejiminə son qoydu. İndi yeni dövlət quruculuğuna hazırlaşır. Nə dövlət quracaq? "Əl-Qaidə"nin və İŞİD-in bir qolu olaraq etdiyi əməllərə görə hesabat verəcəkmi? Türkiyə, Rusiya, İranla nə münasibətlərdə olacaq? 6 il ömrünü ABŞ həbsxanasında keçirməsi onun siyasi fəaliyyətində özünü necə göstərəcək? Colani hazırda dini-siyasi baxışlarını xeyli yumşaltdığını bildirir,  deyir ki, Suriyada bütün dini və etnik azlıqlara yer var. Halbuki 2014-15-ci illərdə dediyi “Suriyada şiələrə və xristianlara yer yoxdur” sözləri unudulmayıb. Suriyanın şərqini nəzarətdə saxlayan ABŞ-la nə münasibətlərdə olacaq? ABŞ-ın müttəfiq saydığı PKK-YPG ilə necə davranacaq?

Ən maraqlı məsələ İsraillə necə davranacağı ilə bağlıdır. Colani bütöv Suriya istədiyini deyir. Bu halda Colan təpələrini  1967-dən işğalda saxlayan İsraillə yeni müharibəyə başlaya bilər. Colan təpələrini Əsədlər kimi İsrailə bağışlaya bilərmi? İsrail də Colan təpələrini güzəştə getmək fikrində deyil. Baxmayaraq ki, İsrail bu təpələri işğal edib. Hazırda da  İsrailin şirin su tələbatının 20 faizi Colan təpələrindən axan çayların hesabına ödənilir. İsrail  artıq zərbələrini vurmağa başlayıb. Suriya ilə 1974-cü il sazişini ləğv etdi. Bu saziş Colan təpələri ilə Suriyanın arasında bufer zonanın idarə olunması barədə idi. İsrail onu ləğv etdi və Suriyanın həmin bölgədəki 100 obyektini vurdu. İzahı da belə verdi - Əsədin hərbi zavodları yeni hakimiyyətə qalmasın. Bütün bunlar və digər məqamlar onu deməyə əsas verir ki, Suriyada Əsədin dövründən də mürəkkəb bir dövr başlana bilər".

Suriya müxalifətinin əsas qruplarından biri olan Heyət Təhrir əş-Şamın (HTŞ) nəzarətindəki Suriyanın Şimal-Qərbində fəaliyyət göstərən “Suriya Xilas Hökuməti”nin keçmiş baş naziri Məhəmməd Əl-Beşir, ölkənin yeni keçid hökumətinin baş naziri təyin edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:377
embedMənbə:https://news24.az
archiveBu xəbər 10 Dekabr 2024 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see367

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see289

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see270

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see250

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see249

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see233

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see227

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see224

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see214

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see211

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see206

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see204

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see203

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see201

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see200

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see199

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see195

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see188

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see179

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri