Türkiyənin vitse prezidenti Ermənistana səfər edəcək
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz mayın 4-də Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısında ölkəsini təmsil edəcək.
Bakıvaxtı.az bildirir ki, Anadolu Agentliyinin yaydığı məlumata görə, “Gələcəyi qurmaq: Avropada birlik və sabitlik” mövzusunda keçiriləcək toplantıda demokratik dayanıqlığın gücləndirilməsi, əlaqəliliyin inkişafı, iqtisadiyyat və enerji təhlükəsizliyi sahələrində əməkdaşlığın artırılması məsələləri müzakirə olunacaq.
Məlumata görə, görüşdə həmçinin regionda baş verən son hadisələr və qlobal problemlər də gündəmdə olacaq.
Qeyd edək ki, Cevdet Yılmazın İrəvana səfəri Türkiyədən bu səviyyədə Ermənistana həyata keçirilən ilk səfər olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 02 May 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















