Icma.az
close
up
RU
Türkiyəyə qarşı iki nazirin həmləsi: Əzəli rəqabət qızışdı Bakı detalı

Türkiyəyə qarşı iki nazirin həmləsi: Əzəli rəqabət qızışdı Bakı detalı

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada baş verən proseslər diqqət çəkir. Almaniya və Fransanın xarici işlər nazirləri Annalena Berbok ilə Jan Noel Barronun Dəməşqə birgə səfəri, Suriyanın yeni administrasiyasının rəhbəri Əhməd əl-Şara (əl-Colani)  ilə görüşləri müzakirələrə səbəb olub.

Paralel olaraq isə Azərbaycanın göndərdiyi humanitar yardım karvanı Suriyaya çatıb. Həmçinin Dəməşqdəki səfirliyin yaxın zamanda bərpa edilməsinin düşünüldüyü də açıqlanıb.

Maraqlıdır ki, yeni hökumət və idarə sisteminin formalaşdırıldığı bir zamanda ABŞ qoşunları Suriyadan çıxarılmır. Rusiya və İranın qüvvələri isə zəiflədilir.

Avropa rəsmilərinin Dəməşqə səfərləri nədən xəbər verir? Suriyada bundan sonra nələr yaşayanacaq?

Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, Almaniya və Fransa XİN başçılarının Suriyada əl-Colani ilə keçirdikləri görüş hələ də dünya mediasının diqqətdə saxladığı əsas hadisələrdən biridir:

“Əslində həmin görüş bir sıra ciddi məqamlardan xəbər verir ki, bu da birbaşa Suriyanın gələcəyi, onun şəkillənməsi, bir növ yenidən dizayn edilməsi ilə bağlıdır.

İlk növbədə vurğulamaq lazımdır ki, Almaniya və Fransanın Suriyada maraqları, regionun geosiyasi əhəmiyyəti, Avropanın təhlükəsizliyi, humanitar məsələlər və enerji siyasəti ilə bağlı bir sıra strateji hədəflərə əsaslanır. Berlin və Paris beynəlxalq səviyyədə daha böyük nüfuza malik olmaq istəyirlər. Suriyadakı münaqişənin həllində fəal rol oynamaq onların regional liderlik ambisiyalarını gücləndirir. Bu, eyni zamanda  Avropa İttifaqının (Aİ) ölkənin yenidən dizayn edilməsində iştirakını təmin etmək məqsədi ilə atılan addım kimi qiymətləndirilə bilər”.

Ekspertin sözlərinə görə, ittifaqın bu istiqamətdə həll etməyə çalışdığı ilk iş Avropanın regional sabitliyi və təhlükəsizliyi məsələsidir:

“Suriyada mövcud olan terror qruplaşmaları, xüsusilə İŞİD və digər radikal təşkilatlar, Avropa üçün birbaşa təhlükə yaradır. Almaniya və Fransa isə terrorun regiona ixrac olunmasının qarşısını almaqda maraqlıdır. Həmçinin Suriya münaqişəsi milyonlarla insanın Avropaya köçünə səbəb olub. Almaniya xüsusilə bu məsələdə lider mövqe tutaraq böyük sayda qaçqını qəbul edib. Sabitliyin bərpası qaçqın axınını azaltmaq baxımından həyati əhəmiyyət daşıyır.


Vüqar Zifəroğlu

İkinci əsas məqam kimi Suriya üzərindən bölgədə getdikcə kəskinləşən geosiyasi rəqabəti əsas kimi götürə bilərik. Rusiya və İranın buradakı hərbi və siyasi təsirinin artması Avropa ölkələri üçün narahatlıq doğururdu. Almaniya və Fransa XİN başçılarının səfərini, eyni zamanda regionda balans yaratmaq və Qərbin maraqlarını qorumaq üçün cəhd kimi qiymətləndirmək olar. Almaniya XİN başçısı Annalena Berbokun açıqlamalarındakı bəzi məqamlar, əsasən də Rusiyanın Suriyadan tam çıxmasının zamanının gəlib çatdığını vurğulaması buna əyani sübutdur”.

V.Zifəroğlu bildirib ki, burada eyni zamanda Türkiyə faktoru da önəmlidir:

“Almaniya və Fransa ənənəvi olaraq Yaxın Şərqdə qoca qitənin əsas rəqibi olaraq məhz türk faktorunu görüb. Əsrlər dəyişsə də, bu strateji yanaşma olduğu kimi qalıb. Hər iki ölkə Suriya ilə bağlı siyasətlərində ABŞ-la əməkdaşlıq etməyə çalışırlar. Onlar həmçinin NATO çərçivəsində regionda təhlükəsizlik məsələlərini həll etmək üçün birgə addımlar atırlar. Türkiyənin NATO ölkəsi olaraq Suriyadakı hərbi fəaliyyətləri və qaçqın siyasəti bu mənada Avropanın maraqlarına birbaşa təsir edir. Berlin və Paris Ankara ilə əməkdaşlığı davam etdirməklə yanaşı, onunla rəqabətdə olduqlarını da unutmurlar və bu ölkənin Suriya siyasətini diqqətlə izləyirlər.

Prosesdə üçüncü əsas məqam enerji təhlükəsizliyi ilə bağlıdır. Yaxın Şərq enerji resurslarına malik olan strateji bir regiondur. Suriyadakı münaqişə enerji nəqliyyat yollarını təhdid edir və bu, Avropanın enerji təhlükəsizliyi üçün əhəmiyyətlidir”.

Rövşən Rza
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Yanvar 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see266

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see237

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see183

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see147

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri