Türkiyəyə qayıtmaq fikrində deyiləm Türkiyəli futbolçu Nyukasl dan ayrılmaq istəmir
Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Nyukasl Yunayted"in futbolçusu Baran Yıldız İngiltərə klubundan ayrılmaq istəmədiyini bildirib.
Apasport.az xəbər verir ki, qışda İngiltərə klubuna qoşulan 18 yaşlı futbolçunun yayda icarəyə göndəriləcəyi gözlənilir.
Yıldız isə mətbuata açıqlamasında Türkiyəyə qayıtmaq istəmədiyini bildirib:
"Türkiyəyə qayıtmaq fikrində deyiləm. Başqa ölkədən təklif alsam belə, ayrılmaq istəmirəm. Bu, dünyanın ən yaxşı liqasıdır, burada qalmaq istəyirəm. Bruno Fernandes və Martin Odeqardla oynamaq istəyirəm. Onların hər ikisi yüksək səviyyəli oyunçulardır, onlarla tanış olmaq istəyirəm".
Daha əvvəl Türkiyənin "Gənclərbirliyi" klubunda forma geyinən futbolçu "Nyukasl"ın gənclərdən ibarət komandasında (U18) 4 oyun keçirib və 1 məhsuldar ötürmə edib.
"Trabzonspor" - "Qalatasaray" matçının hakimi açıqlanıb PSJ tarixə düşüb “Qalatasaray” futbolçusu ilə müqavilə yeniləyəcək "İnter" azarkeşi "Barselona" ilə oyun zamanı infarkt keçirib "Liverpul" yunan futbolçunu komandadan göndərir
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 08 May 2025 17:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















