Türkmənistan mediası liderlərin Qarabağ səfərindən nələr yazdı?
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Baku TV-nin "Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişdə qeyd olunub ki, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri və səfər çərçivəsində işğaldan azad edilən Qarabağda aparılan quruculuq işləri ilə tanış olması bu ölkənin mətbuatında geniş işıqlandırılıb.
Türkmənistanın "Turkmenportal" nəşrində vurğulanıb ki, Türkmənistan və Azərbaycan xalqları ortaq tarixə, dinə, mədəniyyətə və milli-mənəvi dəyərlərə malikdirlər. Bu amillər iki xalq arasında birliyi, dövlətlər arasında isə uzunmüddətli əməkdaşlığı şərtləndirir.
Qeyd olunub ki, Türkmənistan və Azərbaycan nəqliyyat, tranzit, ticarət və energetika sahələrində əməkdaşlığı davam etdirir və gələcəkdə bu münasibətlərin daha da möhkəmlənməsi gözlənilir.
Eyni zamanda, verilişdə ABŞ Prezidenti Donald Trampın Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə uğurla və birdəfəlik həll olunacağı ilə bağlı açıqlamasına da yer verilib.
Bu barədə Rusiyanın "Kommersant" nəşrində yayımlanan xəbərdə bildirilib ki, amerikalı lider Vaşinqtonda NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi mətbuat konfransında məsələ ilə bağlı fikirlərini bölüşüb.
Ətraflı süjetdə:
Türkmənistan mediası liderlərin Qarabağ səfərindən nələr yazdı?
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 21 İyul 2025 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















