Icma.az
close
up
RU
Türliyədə Azərbycan mədəniyyətinə həsr olunan tədbir keçirildi FOTO

Türliyədə Azərbycan mədəniyyətinə həsr olunan tədbir keçirildi FOTO

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Azərbaycanın zəngin və çoxşaxəli mədəni irsinin dünyaya tanıdılması və qardaş Türkiyə ilə mədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsi məqsədilə mayın 13-də Boğaziçi Universitetində mədəniyyət tədbiri keçirilib.

Bakupost.az xəbər verir ki, tədbir Azərbaycanın Türkiyədəki Konsulluğunun dəstəyi və Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin fəal iştirakı ilə baş tutub.

Tədbirin layihə rəhbəri Boğaziçi Universitetinin Kompüter Mühəndisliyi fakültəsinin 2-ci kurs tələbəsi Şəms Humay Nəsibzadə olub. Onun rəhbərliyi və “Koç”, “Sabancı” kimi aparıcı universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə hazırlanan tədbir, mədəniyyətimizin zənginliyini və estetik dəyərlərini əhatəli şəkildə əks etdirib.

Tədbirdə Azərbaycanın qədim tarixə malik milli musiqiləri, rəqsləri, geyimləri, xalq sənət nümunələri və ədəbiyyatı geniş şəkildə təqdim olunub. Proqram çərçivəsində canlı ifalarda tar və kamança kimi milli musiqi alətlərinin müşayiəti ilə muğam və xalq mahnıları səsləndirilib, “Yallı”, “Uzundərə” kimi rəqslər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Bundan əlavə, tədbir çərçivəsində milli mətbəx nümunələrinin sərgiləndiyi stendlər qurulub, qonaqlara Azərbaycan mətbəxinin özünəməxsus dadları təqdim olunub.

Tədbirdə Boğaziçi Universitetinin prorektoru, Azərbaycanın Türkiyədəki konsulu və digər rəsmi qonaqlar iştirak edib, iki qardaş ölkə arasında mövcud olan mədəni körpülərin önəmi barədə çıxışlar ediblər. Hər iki tərəf Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin yalnız siyasi və iqtisadi sahələrdə deyil, mədəni platformalarda da daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

Bu cür təşəbbüslər Azərbaycan mədəniyyətinin beynəlxalq arenada daha yaxından tanınmasına, gənclər arasında milli kimliyin qorunub saxlanmasına və iki ölkə arasında mədəni inteqrasiyanın gücləndirilməsinə xidmət edir.


Ayxan,

BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 15 May 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri