Icma.az
close
up
RU
Menu

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Zirə autsayderə qarşı

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

Üç qardaş, bir məqsəd

Üç qardaş, bir məqsəd

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Türk dünyasında yeni inteqrasiya platforması

Prezident İlham Əliyevin Türkmənistana rəsmi səfəri çərçivəsində keçirilən ikitərəfli görüşlər və Azərbaycan, Türkmənistan, Özbəkistan liderlərinin üçtərəfli formatda bir araya gəlməsi, regionun geosiyasi və geoiqtisadi xəritəsinin strateji istiqamətlərinin konturlarının dəqiqləşdirilməsinə və yeni, qarşılıqlı faydalı əməkdaşlıqlara yol açacaq hadisə kimi dəyərləndirilə bilər.
Bugünkü qlobal geosiyasi reallıqlar fonunda Cənubi Qafqaz və Orta Asiyanın qarşılıqlı inteqrasiyası yalnız iqtisadi zərurət deyil, həm də siyasi sabitlik və təhlükəsizlik üçün həlledici şərtdir.
Məlumdur ki, son illər enerji təhlükəsizliyi və logistika marşrutlarının şaxələndirilməsi qlobal gündəmin prioritet mövzusuna çevrilib. Ukrayna ərazisində davam etməkdə olan müharibə, Rusiya üzərindən keçən marşrutların Moskvanın iqtisadi amillərdən təzyiq mexanizmi kimi faydalanmasından doğan risklər, eləcə də İran üzərindən keçən yolların təhlükəsizlik problemi alternativ dəhlizlərin aktuallığını maksimum dərəcədə artırıb. Bu şəraitdə Azərbaycan, Türkmənistan və Özbəkistanın yaratdığı yeni əməkdaşlıq formatı yalnız iqtisadi əməkdaşlığın üçtərəfli qaydada koordinasiya edilməklə genişləndirilməsi aspektindən deyil, həm də geosiyasi balans baxımından da mühüm əhəmiyyətə malikdir. Bu, ilk növbədə Orta Dəhlizin, yəni Çin-Orta Asiya-Xəzər hövzəsi-Cənubi Qafqaz-Türkiyə-Avropa marşrutunun strateji gücləndirilməsi ilə bağlıdır. Hazırda sözügedən dəhliz üzrə daşınan yükün həcmi təxminən 10 milyon ton civarındadır, lakin qəbul olunan qərarlar və həyata keçirilən infrastruktur layihələri bu rəqəmi 2030-cu ilə qədər 50 milyon tona qədər artırmağı hədəfləyir. Bu, sadəcə rəqəm deyil, Avrasiyanın yeni ticarət arteriyası deməkdir.
Azərbaycanın bu prosesdəki rolu isə birləşdirici, stimullaşdırıcı faktor olmaqla yanaşı, özünü çoxsaylı komponentlərlə büruzə verən liderlik xarakteri daşıyır. Bakı uzun müddətdir ki, Orta Dəhlizin inkişafı üçün ciddi investisiyalar yatırır: Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilməsi, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının genişləndirilməsi, yeni logistika mərkəzlərinin yaradılması və təbii ki, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində göstərilən səylər bu strategiyanın tərkib hissəsidir. Türkmənistan və Özbəkistanın bu prosesə da fəal qoşulması isə dəhlizin imkanlarını qat-qat artırır. Çünki Özbəkistan Mərkəzi Asiyanın ən böyük iqtisadiyyatlarından biri olmaqla yanaşı, Çin bazarına birbaşa çıxışı olan strateji mövqedə yerləşir. Türkmənistan isə Xəzər vasitəsilə yüklərin daşınması üçün vacib tranzit mərkəzidir və böyük enerji ehtiyatlarına malikdir. Bu üçlük təkcə logistika deyil, həm də enerji inteqrasiyası baxımından bir-birini tamamlayan mexanizm yaratmaq potensialına malik ölkələrdir.
Şübhəsiz ki, hazırda regionda və dünyada nəqliyyat yollarının təhlükəsizliyi ilə yanaşı enerji sahəsində də etibarlı əməkdaşlıq həyati əhəmiyyət kəsb edir. Məlumdur ki, Türkmənistan dünyanın ən iri qaz ehtiyatlarına sahib olan ölkələrdən biridir. Türkmən qazının Avropa bazarına çıxarılması isə, həm Avropa İttifaqının enerji təhlükəsizliyi, həm də Türkmənistanın ixrac imkanlarının genişlənməsi, ixrac marşrutlarının təhlükəsiz bir şəkildə diversifikasiyası baxımından həyati əhəmiyyət kəsb edir. Hazırda həm ötürücülük, həm də təhlükəsizlik baxımından ən ideal və ən rentabelli marşrut Azərbaycan üzərindən keçir. Mövcud Cənub Qaz Dəhlizi infrastrukturu kifayət qədər cidd inteqrasiya imkanlarına malikdir, lakin bunun üçün əlavə interkonnektorlar, kompressor stansiyaları və logistika həlləri tələb olunur. Bununla yanaşı, elektrik enerjisi sahəsində də üçtərəfli əməkdaşlıq perspektivləri böyükdür. Xəzər dənizində külək enerjisi layihələri, bərpa olunan enerji texnologiyalarının tətbiqi və “yaşıl enerji”nin Avropaya ixracı məsələsi, artıq uzun müddətdir ki, gündəmdədir və bu istiqamətdə davamlı işlər görülür. Azərbaycanın yaşıl enerji sahəsində imzaladığı müqavilələr və gerçəkləşdirdiyi layihələr isə Türkmənistan və Özbəkistan üçün də yeni imkanlar yaradır.
Burada diqqət yetirilməli başqa bir strateji məqam, reallığa çevrilməkdə olan Zəngəzur dəhlizinin (TRİPP - "Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu") potensialı ilə bağlıdır. Bu marşrut Orta Dəhlizin mühüm tamamlayıcısı kimi çıxış edir. Zəngəzur dəhlizinin açılması ilə Orta Asiyadan gələn yüklərin Naxçıvan üzərindən Türkiyəyə və daha sonra Avropaya daşınması mümkün olacaq. Bu, Azərbaycanın tranzit mövqeyini daha da möhkəmləndirəcək və regionu beynəlxalq logistika sistemində əsas oyunçulardan birinə çevirəcək. Əgər Orta Dəhliz Avrasiyanın magistralıdırsa, Zəngəzur onun strateji yan qolu kimi çıxış edir. Bu iki dəhlizin sinerjisi yalnız iqtisadi fayda verməyəcək, həm də regional sabitlik və əməkdaşlıq üçün fundamental baza yaradacaq.
Üçtərəfli formatın ən mühüm geosiyasi nəticələrindən biri isə, onun praktik mənada Türk Dövlətləri Təşkilatının perspektivinə göstərəcəyi təsirlə bağlıdır. Əslində, Azərbaycan-Türkmənistan-Özbəkistan əməkdaşlığı TDT-nin inteqrasiyasının ikitərəfli, üçtərəfli formatlarda praktiki platformaya keçidinin, TDT-yə üzv dövlətlər arasında fərqli model və formatlarda əməkdaşlığa imkan yaradan strategiyanın bariz nümunəsi hesab oluna bilər. TDT, sadəcə bəyanatlardan və zirvə görüşlərindən ibarət siyasi birlik modeli deyil, konkret iqtisadi layihələr, nəqliyyat və enerji marşrutları ilə reallığa çevrilən vahid güc mərkəzidir. Türkmənistanın TDT-də müşahidəçi statusu olsa da, qardaş ölkənin bu formatda iştirakı təşkilatın gələcəkdə tamhüquqlu iqtisadi blok kimi formalaşması üçün əlverişli zəmin yaradır. Bu, həm də Türk dünyasının Avrasiyada artan rolunu təsdiqləyir. Çünki Orta Dəhliz yalnız iqtisadi deyil, həm də siyasi inteqrasiya alətidir və onun güclənməsi Türk dövlətlərinin birliyinin praktiki əsasını möhkəmləndirir.
Bu kontekstdə Qərbin və Çinin maraqları da nəzərdən qaçmamalıdır. Avropa İttifaqı Orta Dəhlizi resurs və kommunikasiya imkanlarını neoimperialist iddialarının təzyiq alətinə çevirən Rusiyanın dominant rol aldığı marşrutlara təhlükəsiz alternativ kimi görür və buna görə də dəhlizin infrastrukturuna maliyyə dəstəyi göstərməyə hazırdır. Çin isə öz “Bir Kəmər, Bir Yol” təşəbbüsünün davamlılığı üçün bu marşruta böyük ehtiyac duyur. Deməli, Orta Dəhliz həm Qərb, həm də Çin üçün strateji əhəmiyyətə malikdir. Bu isə Azərbaycan, Türkmənistan və Özbəkistan üçün əlavə üstünlüklər yaradır.
Türkmənistanda keçirilən ikitərəfli və üçtərəfli görüşlər regionun gələcəyini formalaşdıran strateji hadisədir. Bu əməkdaşlıq modeli yalnız iqtisadi qazanclar deyil, həm də siyasi sabitlik və təhlükəsizlik üçün dayanıqlı baza yaradır. Azərbaycan isə bu prosesdə təkcə tranzit ölkə deyil, həm də təşəbbüskar, koordinasiyaedici lider kimi çıxış edir. Bu, ölkəmizin geosiyasi çəkisini artırmaqla yanaşı, Türk dünyasının inteqrasiyasını da yeni və daha praktik müstəviyə keçirir. Orta Dəhliz və Zəngəzur dəhlizinin inteqrasiyası, enerji və nəqliyyat layihələrinin reallaşdırılması ilə Türk Dövlətləri Təşkilatı artıq iqtisadi güc mərkəzinə çevrilmək yolundadır. Qarşıda hələ çox iş var, amma atılan addımlar, verilən siyasi mesajlar və imzalanan sənədlər göstərir ki, Türk dünyası yalnız tarixi-mədəni bağlarla deyil, həm də güclü iqtisadi damarlarla birləşən, Avrasiyanın yeni strateji güc qütbünə çevrilən reallıqdır. Bu reallığın memarları isə sabitlik, əməkdaşlıq və inkişaf yolunu seçən dövlətlərdir.
Hazırda verilən qərarlar yalnız cari iqtisadi göstəricilərə və əlaqələrə təsir etmir, eyni zamanda gələcək üçün fundamental çərçivə yaradır. Bu çərçivə üzərində formalaşacaq iqtisadi xəritənin mərkəzində Azərbaycanın dayanması təsadüfi deyil. Enerji resurslarının şaxələndirilməsi, nəqliyyat-kommunikasiya layihələrinin genişlənməsi və regional inteqrasiya proseslərində aparıcı mövqe Azərbaycanın strateji əhəmiyyətini artırır. Nəticədə, ölkə həm regional, həm də qlobal iqtisadi sistemin ayrılmaz və mühüm halqasına çevrilir.

Elçin Mirzəbəyli
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:70
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Avqust 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see232

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see232

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see208

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see203

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see172

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see171

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see155

“Lake Hotel”in qarşısında baş verən faciənin təfərrüatı Foto

21 Noyabr 2025 15:08see143

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see138

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see135

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see131

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see130

Arne Slot “Liverpul”un qış transferləri barədə: “Hazırda düşündüyüm son şey odur”

22 Noyabr 2025 01:05see129

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see128

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see127

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see127

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see125

Supermenin ilk komiksinin nüsxəsi rekord qiymətə satıldı

22 Noyabr 2025 01:26see125

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see123

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri