“Üç ildir deyirəm ki, əxlaq polisi yaradılsın”
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
“İllərdir deyirəm ki, televiziyalarda pozğunluq artıb. Kimin ayağına basdınız ki, birdən-birə hamınız ayıldınız? Pozğunluğun kökünü qoyanlar indi niyə danışmağa başlayıb?”.
Gununsesi.info bildirir ki, bu fikirləri tanınmış aktyor Kamran Yunis deyib:
“Üç ildir deyirəm ki, əxlaq polisi yaradılsın, pozğunluq yayanlar cəzalandırılsın. İndi nəyi düzəltmək mümkün olacaq? Qatar gedəndən sonra arxasınca əl edəcəksiniz?
Televiziyalarda iyrənc hallar yayılıb. Heç kəs buna önəm vermir. Hamı başını aşağı salıb haram qazanc dalınca qaçır. Niyə? Bu millət belə vəziyyətlə hara gedəcək?
Bu gün sənətçi olmağımdan da, televiziyaya çıxmağımdan da utanıram. Yediyim çörəkdən belə narahat oluram. Çünki haradansa pozğun qazanc axır. Pozğunluq yayanlara böyük məbləğlər verilir. Sosial şəbəkələrdə onlara milyonlarla vəsait xərclənir. Mənim isə evim yoxdur, işim yoxdur, yaşamağa imkanım yoxdur. Kimdən əskikəm?
Təkcə məndən söhbət getmir. Mənim kimi onlarla dəyərli sənətçi evsiz, işsiz, qazancsız qalıb. Bu, doğru deyil. Televiziyada çalışanlar bu vəziyyətə görə məsuliyyət daşıyır. Üç ildir səsimi qaldırıram, eşidən yoxdur. İndi sənətçilər danışmağa başlayıb. Çünki pozğunluq yayanlar gəlib və başqalarına yer qalmayıb”.
Şəbnəm
Baxış sayı:165
Bu xəbər 26 Fevral 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















