Icma.az
close
up
RU
Üç keçini canavarlar yedi: Biri isə 35 metrlik uçurumdan xilas edildi

Üç keçini canavarlar yedi: Biri isə 35 metrlik uçurumdan xilas edildi

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Dörd gündür oradaydı, xilas etdik, artıq xoşbəxtəm”

Antalyanın Döşemealtı rayonunun Killik məhəlləsində Bayram Yavuzun (65) altı keçisi dağda otlayarkən canavar hücumuna məruz qalıb.

Sherg.az xəbər verir ki, Yavuz iki keçisini öz gücü ilə xilas edə bilsə də, üçü tələf olub, bir keçi isə təxminən 350 metr yüksəklikdəki qayalıq ərazidə uçurumda qalıb.

Hadisə barədə aidiyyəti qurumlara məlumat verən Yavuzun kömək çağırışına MAKSAT Axtarış-Xilasetmə Dərnəyinin üzvləri cavab veriblər. AFAD-ın yönləndirməsi ilə hadisə yerinə gedən MAKSAT Dərnəyinin sədri Alp Özal, Yavuzla birlikdə uçurumda qalan keçinin yanına qalxıb.

Özal iplə enmə texnikasından istifadə edərək keçiyə çatıb və onu yenə iplə aşağı endirib. Təxminən dörd saat davam edən əməliyyatın sonunda keçi sahibinə təhvil verilib.

Dörd saatlıq xilasetmə əməliyyatından sonra yaşlı Bayram əmi bir tərəfdən üç keçisini canavarlara itirməyin kədərini, digər tərəfdən isə dörd gündür uçurumda qalan keçisinə qovuşmağın sevincini yaşayıb.

Keçisinə qovuşan Yavuz ona sarılıb, öpüb və qucaqlayıb. Daha sonra keçisini su və otla bəsləyib, motosikletinin qoşqusuna qoyaraq evinə aparıb və xilasedicilərə təşəkkür edib.

Tək yaşadığını və dolanışığının saxladığı heyvanlardan asılı olduğunu bildirən Bayram əmi deyib: “Dörd gündür oradaydı, aclıqdan çox zəifləyib, amma onu xilas etdiyimiz üçün çox xoşbəxtəm.”

Əməliyyatın təfərrüatlarını bölüşən MAKSAT Axtarış-Xilasetmə Dərnəyinin sədri Alp Özal bildirib: “AFAD-dan zəng gələndən sonra saat 12 radələrində əraziyə çatdıq. Yerini Bayram əmi göstərdi. Dörd keçidən üçünü canavarlar yeyib, bu isə qorxudan özünü uçuruma atıb.”

35 metrlik uçurumdan iplə enərək keçiyə yaxınlaşdıqlarını deyən Özal əlavə edib: “Keçinin aclığından istifadə edib otla yanımıza çəkdik. Sonra bağlayıb aşağı endirdik və Bayram əmiyə təhvil verdik. Kaş hamısını xilas edə biləydik.”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:364
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Noyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see313

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see313

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see312

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see306

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see289

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see273

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see269

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see264

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see262

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see259

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see257

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see256

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see252

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see250

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see240

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see236

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see229

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see209

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri