Icma.az
close
up
RU
Üç mərhələli test, maksimum 5 il... Məktəb direktorlarının NƏZƏRİNƏ

Üç mərhələli test, maksimum 5 il... Məktəb direktorlarının NƏZƏRİNƏ

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda bir məktəbdə yayılan səs yazısı yenidən direktor məsələsini gündəmə gətirib. Belə ki, 207 nömrəli məktəbin direktoru Yaqut Müseyiblinin “Son zəng” üçün pul tələb etməsi və bunu verməyən şagirdlərin tədbirə buraxılmayacağını deməsi cəmiyyətdə haqlı narazılıq yaradıb. Bildirilir ki, direktorların işə imtahanla qəbul olunması da bəzən vəziyyəti dəyişmir. Onlar məktəbləri özəlləşdirilmiş məkana çevirir, şagirdləri və müəllimləri təzyiq altında saxlayırlar.

Ölkədə 4 mindən çox məktəb direktoru var – bəs bu sistem necə dəyişə bilər?

Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, məktəb direktorlarının hazırkı fəaliyyət modeli və təyin mexanizmi kökündən yenilənməlidir:

“Hazırda direktor vəzifəsinə seçimdə yeganə meyar test imtahanında bal toplamaq və ehtiyat bazasında yer almaqdır. Lakin direktor olmaq yalnız test biliyindən yox, pedaqoji liderlik bacarığı, kollektivlə işləmək qabiliyyəti, şəffaf idarəetmə vərdişləri və psixoloji çeviklikdən asılıdır. Məsələn, Finlandiya və Estoniyada direktorlar həm də genişhəcmli müsahibələr, pedaqoji vizyon sənədləri və təlim sessiyaları əsasında seçilir. Azərbaycanda isə direktor vəzifəsi inzibati rıçaqların cəmləşdiyi, qərarların təkbaşına verildiyi struktura çevrilib. Bu, korrupsiyanın təməlini yaradır. Dərs bölgüsündə favoritizm, əlavə saatların pulla satılması, repetitor fəaliyyətinin müdafiəsi və ya himayə olunması, məktəb daxilində şəxsi münasibətlərin inzibati qərarverməyə təsiri bu sistemin simptomlarıdır. Burada müəllimin keyfiyyəti yox, direktora münasibəti əsas rol oynayır. Ən böyük zərbəni şagirdlər alır, çünki məktəbdəki qorxu, təzyiq və ikili standartlar onların şəxsiyyət kimi formalaşmasını əngəlləyir”.

Kamran Əsədov

Ekspert bildirib ki, direktor vəzifəsinə təyinat üçün çoxpilləli seçim modeli tətbiq olunmalıdır:

“İlk mərhələdə test imtahanı texniki bilikləri, ikinci mərhələdə situasiya modelləri və rəhbərlik bacarıqları, üçüncü mərhələdə isə psixoloji və etik keyfiyyətlər qiymətləndirilməlidir. Bundan əlavə, direktorların fəaliyyətində rotasiya prinsipi tətbiq edilməli, eyni məktəbdə maksimum 5 il işləmək limiti müəyyən olunmalıdır. Bu, məktəb daxilində avtoritar şəbəkələrin yaranmasının qarşısını alar. Direktorlar yalnız Elm və Təhsil Nazirliyinə deyil, məktəb ictimaiyyətinə də hesabat verməlidir. Əlavə olaraq, məktəblərdə daxili audit sistemləri formalaşdırılmalı, rüşvət və sui-istifadə ilə bağlı müraciətlər üzrə müstəqil monitorinq mexanizmi yaradılmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:209
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 May 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see362

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see348

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see340

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see334

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see333

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see304

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see299

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see291

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see270

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see266

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see243

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see241

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see224

Xırdalanda tıxac səbəbindən evlər satışa çıxarılır VİDEO

24 Oktyabr 2026 22:40see215

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see205

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see204

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see198

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see198

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see194

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri