Icma.az
close
up
RU
Üç ölkənin rəhbərlərinin məhz həmin tarixdə görüş keçirməsi ciddi siyasi mesaj daşıyırdı MÜNASİBƏT BİLDİRİLDİ

Üç ölkənin rəhbərlərinin məhz həmin tarixdə görüş keçirməsi ciddi siyasi mesaj daşıyırdı MÜNASİBƏT BİLDİRİLDİ

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"28 may tarixində Laçın rayonunda Azərbaycan, Türkiyə və Pakistan prezidentlərinin görüşünün keçirilməsi, həm zaman, həm də məkan baxımından mühüm rəmzi məna daşıyırdı. Görüş Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, xüsusilə də Laçın rayonunda baş tutmuşdur. Qeyd edilməlidir ki, Laçın Azərbaycanın qərb istiqamətində yerləşən və Ermənistanla sərhəddə olan sonuncu inzibati rayondur və tarixən Ermənistanın əsas hədəflərindən biri olmuşdur". Bu sözləri SİA-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov deyib.

Onun sözlərinə görə, 28 may tarixi Azərbaycan dövlətçiliyinin təşəkkülü – müstəqil Azərbaycan dövlətinin yaranması günü kimi beynəlxalq səviyyədə tanınır və qeyd olunur: "Bu baxımdan, üç dövlətin rəhbərlərinin məhz həmin tarixdə və həmin məkanda görüş keçirməsi ciddi siyasi mesaj və çağırış xarakteri daşıyırdı.

Bununla yanaşı, həmin görüş çərçivəsində artıq ənənəyə çevrilməkdə olan Azərbaycan-Türkiyə-Pakistan formatında əməkdaşlığın institusional platformaya çevrilməsi istiqamətində növbəti addım atılmışdır. Görüş zamanı üç ölkənin liderləri tərəfindən səsləndirilmiş mühüm mesajlar və əməkdaşlığın gələcək inkişaf perspektivləri bu hadisəni əhəmiyyətli tarixi məqam kimi səciyyələndirir.

Siyasi nizamın formalaşdığı bir dövrdə müxtəlif güc mərkəzlərinin meydana çıxması müşahidə olunur. Azərbaycan isə bu proseslərdən kənarda qalmaq niyyətində deyil. Cənubi Qafqazın aparıcı dövləti olan və həm regionda, həm də regionla bağlı qlobal miqyasda baş verən proseslərdə ciddi aktor kimi tanınan, sözü və mövqeyi nəzərə alınan bir ölkə kimi Azərbaycanın belə platformalarda iştirakı ilk dəfə deyil".

Siyasətçi həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin bu görüşdə bir sıra mühüm mesajları olmuşdur: "Onun çıxışında Azərbaycan, Türkiyə və Pakistan birliyinin möhkəmləndirilməsi istiqamətində qarşılıqlı iradənin, gücün, imkanların və qərarvermə qabiliyyətinin mövcud olduğu xüsusi olaraq vurğulanmışdır. Bu, həm beynəlxalq ictimaiyyətin bu mesajları müsbət qarşılayan seqmentinə, həm də neqativ mövqe tutan dairələrə ünvanlanmış ciddi bir bəyanat idi.

Həmçinin qeyd olunmuşdur ki, bu platforma heç bir dövlətə, onun suverenliyinə, ərazi bütövlüyünə və müstəqilliyinə qarşı yönəlməyib. Lakin əgər bu dövlətlərdən hər hansı birinə qarşı təhlükə – o cümlədən ərazi bütövlüyünə, suverenliyinə, müstəqilliyinə və ya terror təhdidləri – yaranarsa, bu təhdidlərə qarşı birgə mövqe sərgilənəcəyi açıq şəkildə bəyan edilmişdir.

Ümumilikdə hesab edirəm ki, Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlığı müstəqil və institusional bir platformaya çevrilməkdədir. Gələcək perspektivdə digər dövlətlərin də bu platformada iştirakı mümkün ola bilər ki, bu da ümumilikdə həm regionun, həm də Orta Dəhliz üzərində yerləşən iştirakçı və potensial tərəfdaş dövlətlərin maraqlarına uyğun gələcəkdir. Belə bir əməkdaşlıq formatının mərhələli şəkildə genişlənməsi və dərinləşdirilməsi, nəzərdə tutulduğu kimi, gələcəkdə daha da inkişaf etdiriləcəkdir"- deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://sia.az
archiveBu xəbər 30 May 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri