Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Üç sabiq və ya Qusman Bakıda iki rus “agenti”nin arasında…

Üç sabiq və ya Qusman Bakıda iki rus “agenti”nin arasında…

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

TASS-ın baş direktorunun keçmiş birinci müavini Mixail Qusmanın Bakıya gəlməsi haqda xəbər yayılıb. O, Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimində görüntülənib. M.Qusman iki keçmiş nazirin – Əbülfəs Qarayevlə Elmar Məmmədyarovun arasında əyləşib. Fotoda diqqətçəkən məqam bu üç tanınmış şəxsin artıq “sabiq” statusu daşımasıdır. Hər üçü səs-küylü şəkildə işdən çıxarılıb.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov 2020-ci ilin bu günlərində məşhur və qalmaqallı müşavirədə dövlət başçısının qəzəbinə tuş gəlmişdi. Prezident həmin vaxt koronavirus pandemiyası olduğu üçün baş nazir, nazirlər və başqa yüksək vəzifəli şəxslərin iştirakı ilə onlayn müşavirə keçirirdi. Ermənistan silahlı qüvvələri Tovuz istiqamətində Azərbaycana hücum etmişdi. General Polad Həşimov, polkovnik İlqar Mirzəyev, eləcə də 10-dan çox hərbçimiz şəhid olmuşdu. Bu gərgin situasiyada keçirilən müşavirədə xarici işlər naziri Elmar Məmmədyarov yox idi. Prezident elan etdi ki, E.Məmmədyarovu tapa bilmir. Baş nazir Əli Əsədov arayış verərək bildirmişdi ki, E.Məmmədyarov evdən işləyir. Bundan sonra  ölkə başçısı onun ünvanına sərt tənqidi fikirlər səsləndirdi. Ardınca nazirlikdə aparılan yoxlamalarda külli miqdarda yeyintinin üstü açıldı. Həbslər oldu. E.Məmmədyarov işdən çıxarılmaqla canını qurtara bildi.
Sabiq mədəniyyət naziri Əbülfəs Qarayev də 2020-ci ildə işdən azad edildi. Uzunömürlü nazirlər siyahında öncül yerlərdən birini tutan Ə.Qarayev may ayında tutduğu vəzifədən uzaqlaşdırıldı. Həmin il Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşlarının Mədəniyyət Nazirliyində keçirdikləri əməliyyat zamanı yüksək vəzifəli məmurlar həbs edildi. Sonradan rəsmi xəbərlərdə məlum oldu ki, həbs edilənlər vəzifə səlahiyyətini aşıblar və yeyintilərə yol veriblər. Bu dəfə də nazir kənarda qaldı – işdən çıxarıldı, amma həbs edilmədi.
Mixail Qusman da işdən çıxarılıb. O, 3-cü Şuşa Qlobal Media Forumunda iştirak etdiyi üçün Kremlin qəzəbinə gəlib. TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Qusman Azərbaycana hər zaman dost münasibətdə olub. Yəhudi əsilli rusiyalı jurnalist bütün dövrlərdə ölkəmizə və dövlətimizə qarşı ədalətli mövqeyi ilə seçilib. Mərhum Prezident, Azərbaycanın Ümummilli lideri Heydər Əliyevdən müsahibələr alıb. Eləcə də Prezident İlham Əliyevlə də yaxşı münasibətdədir. Rusiyanın Azərbaycana qarşı artan aqressiv münasibəti fonunda TASS kimi nüfuzlu, eləcə də rəsmi dövlət agentliyinin rəhbərliyində təmsil olunan şəxsin bu rəftarı, azad mövqeyi Putin administrasiyası tərəfindən həzm edilmədi. Nəticədə M.Qusman ötən ay tutduğu vəzifədən çıxarıldı.
Bu fotonu maraqlı və diqqətçəkən edən başqa bir məqam da var. Qusmanın yanında əyləşdiyi hər iki azərbaycanlı sabiq nazir haqda “Rusiya agenti” ittihamı zaman-zaman gündəmə gəlir. Bu ittiham daha öncə də tirajlanmışdı. Amma son günlərdə “Rusiyanın Azərbaycandakı casus şəbəkəsinin üzvlərinin” siyahısı mediada növbəti dəfə və yeni redaktədə yayıldı. Əbülfəs Qarayevlə Elmar Məmmədyarovun adları o siyahının başında gəlir. E.Məmmədyarov “Globalinfo”ya açıqlamasında bu məlumatı təkzib edib demişdi ki, barəsində deyilənlər, yazılanlar cəfəngiyyatdır.
Ona görə də M.Qusmanın adları belə ağır ittihamlarda hallanan iki sabiqlə yan-yana oturması yaddaşları bir daha yenilədi. Belə çıxır, Rusiya hakimiyyəti tərəfindən ədalətsiz yanaşma ilə üzləşən Mixail Qusman “Rusiya agentləri” ilə oturub-durur… (Globalinfo.az)
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Avqust 2025 17:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see839

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see465

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see331

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see297

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see283

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see281

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see281

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see264

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see253

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see252

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see252

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see246

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see244

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see241

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see239

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see225

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see222

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see221

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see220

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri