Üç türk dövlətinin Ankara bəyannaməsi: yeni Avrasiya geosiyasətində yaranan tendensiyalar
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
“Azərbaycan, Türkiyə və Özbəkistanın imzaladığı Ankara Bəyannaməsi yeni Avrasiya geosiyasətində yaranan tendensiyaları qiymətləndirir”.
Bu sözləri Bakıvaxtı.az-a siyasi şərhçi Aqşin Kərimov bildirib.
Onun sözlərinə görə, həmin tendensiyalar əsasən Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əhəmiyyəti ilə formalaşır:
“Orta Dəhliz Türk Dövlətləri Təşkilatına daxil olan ölkələri, o cümlədən Azərbaycan, Türkiyə və Özbəkistanı geosiyasət əsasında çevik təhlükəsizlik yanaşmalarına təşviq edir. Ankara Bəyannaməsində Orta Dəhliz mövzusuna xüsusi diqqət ayrılması, bu marşrutun potensialının və rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək yeni layihələrin həyata keçirilməsinin vacibliyinin vurğulanması geosiyasi baxımdan dəyişən dizaynda Azərbaycan, Türkiyə və Özbəkistanın üçtərəfli roluna da işarələr edir”.

Aqşin Kərimov, siyası şərhçi
Müsahibimiz deyib ki, bu Dəhlizə Çin “Bir kəmər, bir yol” təşəbbüsünün davamı kimi yanaşmaqla ABŞ və Rusiya təsirlərini tarazlaşdırmaq vasitəsi kimi baxır, hərçənd ki, Vaşinqtonun müttəfiqi Avropa İttifaqı Pekin mərkəzli bu layihəyə dəstək verir:
“Türk Dövlətləri Təşkilatı bu rəqabətqarışıq əməkdaşlıqların çərçivəsində özünün geosiyasi mövqeyini artırmaq üçün təhlükəsizlik, siyasi və mədəni əlaqələrindən istifadə edir”.
Qeyd edək ki, Türkiyə, Azərbaycan və Özbəkistan arasında Ankara Bəyannaməsi imzalanıb. Ankara, Bakı və Daşkənd qarşılıqlı etimad və hörmət prinsipinə əsaslanan sıx strateji tərəfdaşlıq və əməkdaşlığın inkişafı istiqamətində növbəti addımların atılmasında qətiyyətlidir.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 30 Yanvar 2025 12:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















