Icma.az
close
up
RU
Rumıniyalı analitik :Ankara Bakı İslamabad əməkdaşlığı yeni çoxtərəfli Avrasiya arxitekturasının strateji dayağıdır

Rumıniyalı analitik :Ankara Bakı İslamabad əməkdaşlığı yeni çoxtərəfli Avrasiya arxitekturasının strateji dayağıdır

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Buxarest, 17 noyabr, AZƏRTAC

Rumıniyalı siyasi analitik Corce Marinesku Ankara–Bakı–İslamabad üçtərəfli əməkdaşlığını yeni Avrasiyanın çoxqütblü təhlükəsizlik və geoiqtisadi nizamında əsas açar rolu kimi qiymətləndirir. Onun fikrincə, bu formatın yüksəlişi artıq regional səviyyəni aşaraq, həm Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) gələcək strukturlarına, həm də Avrasiyanın enerji, təhlükəsizlik və nəqliyyat əlaqələrinin yenidən qurulmasına təsir göstərir.

C.Marineskunun təhlilinə görə, Türkiyə-Azərbaycan-Pakistan oxu təkcə siyasi-hərbi koordinasiya deyil, həm də böyük geoiqtisadi məntiqə malik yeni güc xəttinin formalaşdırılmasıdır. Analitik vurğulayır ki, bu üçlüyün birləşdirici amilləri - Türkiyənin NATO üzvü olması, Azərbaycanın Xəzər-Qafqaz enerji və logistika mərkəzi statusu, Pakistanın isə nüvə gücü və Cənubi Asiyanın əsas strateji oyunçusu olmasıdır.

C.Marinesku bildirir ki, son illərdə baş verən proseslər Ankara–Bakı–İslamabad münasibətlərini yeni mərhələyə çıxarıb. Enerji marşrutlarının yenidən cızılması, Orta Dəhliz və Zəngəzur dəhlizinin açılması istiqamətində siyasi iradə, Azərbaycan və Pakistan arasında hərbi-texniki əməkdaşlığın intensivləşməsi, Türkiyənin regiondakı təsir gücünün artması bu formatı ŞƏT daxilində də potensial strateji həlqəyə çevirir.

Bakının mərkəzi qovşaq funksiyası

Analitikin fikrincə, Azərbaycanın açar rolu burada xüsusilə diqqətəlayiqdir. Xəzər hövzəsinin əsas enerji ixracatçılarından olan və həm Şərq-Qərb, həm də Şimal-Cənub marşrutlarında mərkəzi qovşaq funksiyasını daşıyan Bakı bu üçtərəfli əməkdaşlığı real infrastruktur və iqtisadi imkanlarla təmin edir. C.Marinesku qeyd edir ki, Azərbaycanın göstərdiyi sabitlik, regiondakı yeni təhlükəsizlik arxitekturasını formalaşdıran sülh gündəliyi və Türkiyə ilə strateji müttəfiqliyi üçtərəfli formatın geosiyasi çəkisini artıran əsas komponentlərdəndir.

Məqalədə, həmçinin Pakistanın bu əməkdaşlığa xüsusi strateji dəyər qatdığı vurğulanır. C.Marinesku yazır ki, Pakistanın həm Körfəz dövlətləri ilə, həm də Mərkəzi Asiya ölkələri ilə əlaqələri Ankara-Bakı-İslamabad xəttinin Cənubi Asiya və Yaxın Şərq arasında körpü rolunu gücləndirir. Analitik hesab edir ki, üç ölkənin diplomatik koordinasiyası gələcəkdə ŞƏT-də, həmçinin digər çoxtərəfli platformalarda daha sıx regional əməkdaşlığa yol aça bilər.

C.Marineskuya görə, bu format təkcə regional siyasətin elementi deyil, həm də genişlənməkdə olan multipolyar Avrasiyanın struktur sütunlarından biri ola bilər. Dünya geosiyasətində balans dəyişdikcə, Ankara–Bakı–İslamabad xətti həm təhlükəsizlik, həm də enerji və nəqliyyat marşrutları baxımından yeni güc mərkəzi kimi çıxış edir.

Analitik belə nəticəyə gəlir ki, üçtərəfli əməkdaşlıq modeli gələcəkdə Avrasiyanın strateji xəritəsinin formalaşmasında mühüm rol oynayacaq, çünki bu sinerji həm regiondakı güc balansını yenidən müəyyənləşdirir, həm də yeni iqtisadi və təhlükəsizlik arxitekturasının əsasını qoyur.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Noyabr 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri