Üç uşaq anası intihar etdi
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Lənkəranda 1974-cü il təvəllüdlü Səidə Əbdül qızı Səfərova intihar edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün rayonun Bürcəli kəndində qeydə alınıb.
Belə ki, kənd sakini S. Səfərova yaşadığı evin həyətində meyvə ağacından özünü asaraq intihar edib.
Qeyd edək ki, 3 uşaq anası olan qadın zob xəstəliyindən əziyyət çəkirmiş. Həmçinin ötən il bacısının vəfatından sonra dərin sarsıntı keçirdiyi bildirilir. Bu haqda onun üzərində tapılan məktubda qeydlər olub.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Surxay Şahbazov

Üç uşaq anası İNTİHAR ETDİ
11 Dekabr 2024 15:47
Üç uşaq anası intihar etdi
11 Dekabr 2024 15:02

