Üç yüz illik sistem yeni amerikan tiraniyasına tabe olmaqdadır
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Trampın və komandasının etdiyi böyük bir tərbiyəsizlikdir. Dünyanın gözü qarşısında qonaq ölkənin rəhbərinin alçaldılması dünyadakı qaydaların amansız tapdanması, onsuz da tükdən asılı beynəlxalq hüquqa tüpürməkdir".
Newscenter.az xəbər verir ki, bunları Sosial Tədqiqatlar Mərkəzinin üzvü Əziz Əlibəyli Ağ Evdə Ukrayna lideri Zelenskinin qəbul edilməsi zamanı bəzi protokol qaydalarının pozulmasına toxunarək deyib. O bildirib ki, bu, qarşısıalınmaz proseslərə aparır:
"Tramp üçüncü dünya müharibəsinin səbəbkarı kimi Zelenskini ittiham edir, amma özünün etdiyi hərəkətin dünya üçün doğuracağı nəticələri müharibə səbəbi kimi görmürsə, onda heç nə. Sabahdan hansı ölkənin hansından xoşu gəlmirsə, çağırıb rəhbərini rahat formada sındıra bilər.
Ortada Amerika dəyərləri-filan artıq yoxdur. Üç yüz illik sistem yeni amerikan tiraniyasına tabe olmaqdadır".
Əziz Əlibəyli onu da qeyd edib ki. "kostyum"suz da olsa, Zelenskinin duruşu alqışa layiqdir:
"Təəssüf ki, axşam- axşam biriləri Rusiyaya növbəti dəfə ayı xidməti göstərdi".
Süleyman
Bu mövzuda digər xəbərlər:Qarabağın şərq qapısı: üç yüz illik mühafizəçi
15 Noyabr 2024 12:05
BAŞLIBEL QƏTLİAMI Üç yüz illik “Qarabağ probleminin qanlı səhifələri...
12 Noyabr 2024 22:51
Zelenskidən mesaj: Üç illik müqavimət, üç illik qəhrəmanlıq
24 Fevral 2025 11:17
Üç yüz ailə problemlərlə üz üzə
16 Aprel 2025 21:36
Stubb: Qlobal liberal nizam məhv olmaqdadır
03 Dekabr 2025 08:58
Baxış sayı:87
Bu xəbər 28 Fevral 2025 22:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















