Icma.az
close
up
RU
Uçan taksi nin aşırdığı avtomobilin sürücüsü sağ salamat olduğunu deyir: Xüsusi maraqlanan olmayıb

Uçan taksi nin aşırdığı avtomobilin sürücüsü sağ salamat olduğunu deyir: Xüsusi maraqlanan olmayıb

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Keçən həftə Bakıda son dövrlərin ən böyük avtomobil qəzası baş verdi. Ələsgər Qayıbov küçəsindən gələn BYD markalı maşın icazə verildiyi kimi, sağa dönmək əvəzinə qarşıdakı maneəyə çırpılaraq Heydər Əliyev prospektindəki tunelə düşdü. Əvvəlcə bir neçə nəfərin ciddi xəsarət aldığı bildirilsə də, sonradan yalnız taksi sürücüsü Anar Nəcəfovun xəstəxanaya aparıldığı məlum oldu.

Bizimyol.info xəbər verir ki, hadisə zamanı BYD markalı avtomobil tuneldə sağ zolaqla hərəkət edən “Ford”u aşırmışdı. Sosial mediada həm də həmin maşının sürücüsü barədə narahatlıq vardı. Sürücünün adı heç hallanmırdı. “Ford”u idarə edən şəxs özü səhnəyə çıxıb. “Usta klubu” qrupunda məlum videonu paylaşan Emin Bağırov ciddi xəsarət almadığını yazıb.

Yazılanlardan belə anlaşılır ki, onunla xüsusi maraqlanan olmayıb. Amma Emin Bağırov bundan narahat deyil. Onun sözlərinə görə, ən əsası, sağ qalmasıdır.

Ümumiyyətlə, Emin Bağırov soruşanların suallarına laqeyd cavab verib. O, avtomobilinə dəyən zərərin ödənilməsi barədə xüsusi düşünmədiyini qeyd edib. Sadəcə, onun sözlərindən bəzi şeylərə aydınlıq gəlib. Emin Bağırovun fikrincə, tunelin divarından çıxan daşlar da başqa maşınlara böyük zərər vura bilərmiş. Amma “Ford”la toqquşmaq faicənin miqyasını azaldıb. Əslində, ciddi toqquşma baş verib. Lakin “Ford”un mişar daşı ilə dolu olması avtomobili böyük zərbədən qoruyub.

Sosial platformalarda daha çox diqqət taksi sürücüsünə ayrılıb. Onun üçün yeni avtomobil almaq, borclarını üzərinə götürmək istəyənlər meydana çıxıb. Hətta qəzadan bəri sürücü üçün müəyyən məbləğ də yığılıb. Məbləğin 90 min manata çatdığını yazanlar var. Anar Nəcəfov açıqlama verərək bu qədər pul toplanmadığını bildirib. Onun dediyinə görə, uzağı 3-4 min manatdan söhbət gedə bilər.

Belə epizodlarda cəmiyyəti də anlamaq olmur. Ciddi zərər görən Emin Bağırov maddi yardım gözləmədiyini yazır. Amma böyük qayda pozuntusuna yol vermiş taksi sürücüsü üçün pul toplanır, üstəlik, o, açıqlama verərək heç lazımı qədər məbləğ toplanmadığını dilə gətirir. Bütün hallarda qanunsuzluğa haqq qazandırmaq, dəstək nümayiş etdirmək olmaz.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Aprel 2025 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri