Icma.az
close
up
RU
Üçkilsədə “bayraq” təxribatı: Əski parçasının qaldırılması sülh danışıqlarını pozmaq məqsədi güdür

Üçkilsədə “bayraq” təxribatı: Əski parçasının qaldırılması sülh danışıqlarını pozmaq məqsədi güdür

Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanda separatizm meyilləri özünü göstərməyə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, sosial mediada Üçkilsə rayonunda məhv edilmiş qondarma rejimin "bayrağı"nın qaldırılması ilə bağlı görünta yayılıb. Ermənistan-Azərbaycan sülh danışıqlarının getdiyi bir vaxtda belə bir təxribatçı addımın atılması bölgədə davamlı sülhün yaradılmasına yönəlik səyləri açıq şəkildə təhlükə altına atır.

Ekspertlər də düşünür ki, tərəflər arasında sülh danışıqları həssas mərhələyə qədəm qoymuşkən, Üçkilsədə separatçı simvolikanın üzə çıxarılması təsadüfi deyil. Ermənistanda bəzi radikal dairələr bu cür təxribatlarla bölgədə yeni gərginlik yaratmaq və mövcud vəziyyəti dəyişmək niyyətindədir. Bununla yanaşı, Ermənistanın daxili siyasətində rasional düşünənlərlə radikallarlar arasında qarşıdurma da davam edir. Görünür, daxildəki ziddiyyət bu cür mənzərənin ortaya çıxmasına səbəb olur.

Deputat, Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə Bakıvaxtı.az-a deyib ki, ermənilərin Üçkilsə rayonunun mərkəzi meydanında qondarma rejimin əski parçası qaldırılsa da, bir müddət sonra oradan götürülmüşdü.

Onun sözlərinə görə, "bayrağın" götürülməsindən qəzəblənən bir qrup daşnak törəmələri növbəti dəfə həmin əski parçasını qaldırıblar:

"Daşnaklar hətta həmin əski parçasının yanında növbəlilik prinsipi ilə dayanıblar ki, qondarma "bayrağı" heç kəs oradan götürməsin. Yəni məqsədləri onun növbəti dəfə oradan götürülməsinə əngəl törətmək olub. Amma bu cür əski parçalarının harada qaldırılmasından asılı olmayaraq, separatçı qurum məhv edilib. Onun başında dayanmış separatçılar bu gün Azərbaycan məhkəməsi qarşısında hesab verirlər, mühakimə olunurlar. Azərbaycan qanunvericiliyinə uyğun olaraq öz cəzalarını gözləyirlər”.

Arzuxan Əlizadə: Bu cür əski parçalarının harada qaldırılmasından asılı olmayaraq, separatçı qurum məhv edilib

Müsahibimiz vurğulayıb ki, Üçkilsə rayonunda əski parçasını qaldırmaq bölgədə gərginliyi artırmaq və sülh danışıqlarını pozmaq məqsədi güdür. Ancaq bu kimi addımların uğur qazanmayacağı aydındır.

“Bu cür təxribatçı addımlar Ermənistan xalqını yeni təcrid və iqtisadi böhrana sürükləyə bilər. Ən düzgün yol regionda sülh və sabitlik üçün real addımlar atmaqdır", - deyə Arzuxan Əlizadə qeyd edib.

Aydın Baxış

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Fevral 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri