Icma.az
close
up
RU
Ucuz ev, yoxsa oyun?

Ucuz ev, yoxsa oyun?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycanda yarım milyon manata evlər satışa çıxarılır. 

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb. Belə ki, Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsində yerləşən ümumi sahəsi 83.55 kvadratmetr olan mənzilin qiyməti 585 000 manat təyin olunub. Mənzil 30 yanvar, saat 12:00-dan etibarən təkrar hərraca çıxarılıb. Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospektində yerləşən ümumi sahəsi 218.84 kvadratmetr olan mənzilin qiyməti isə 500 000 manat təyin olunub.

Mənzil 27 fevral 2025-ci il tarixində saat 11:00-da hərraca çıxarılacaq. Hər iki mənzil "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının balansındadır. Qeyd edək ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı hərraca çıxarılan əmlakların satışı prosesində şəffaflığın, operativliyin və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə “Elektron hərrac” Portalı hazırlanıb.

Belə ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı icra məmurlarının məcburi icra hərəkətlərindən biri də borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. 

İcra məmurları icraata başlamaq haqqında qərarı borcluya təqdim etdiyi gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyur. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. 

Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Satışla bağlı icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. 

Portal “www.herrac.gov.az” internet saytı vasitəsilə fəaliyyət göstərir. Hərrac açıq auksion formasında elektron keçirilir. Hərracda mülki hüquq fəaliyyət qabiliyyətli fiziki şəxslər və hüquqi şəxslər portalda “elektron kabinet” yaratmaqla iştirak edə bilərlər. 

Onu da qeyd edək ki, bu istiqamətdə tədbirlərin həyata keçirilməsi müsbət addımdır. Sosial şəbəkələrdə bəzi vətəndaşlar əvvəllər hərracların simvolik olduğunu, hərrac iştirakçılarının heç bir əmlak ala bilmədiklərini bildirirdilər. Proses yenə belə davam edəcək, yoxsa müsbətə doğru dəyişiklik olacaq?

Çünki hərracda təkcə bahalı yox, həm də daha ucuz, münasib qiymətə evlər, avtomobillər satışa çxarılır. Buna görə də vətəndaşlar həmin hərraclara ümid bəsləyrlər. 

 İqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, hərraclarda şəffaflıqla bağlı ciddi problemlər var: 

“İkincisi, adı hərrac olduğuna görə məntiqlə də ən yüksək qiyməti kim təqdim edirsə, o da məhsula sahib olur. 

Sadəcə problem odur ki, vətəndaşlar ucuz qiymətləri görüb düşünürlər ki, həmin hərraclarda iştirak etməklə müəyyən mal və xidməti əldə edə bilərlər. Ancaq nəticə etibarilə nə baş verir? Həmin o hərracı keçirənlər əvvəlcədən özlərinə yaxın olan şəxslərə və yaxud şirkətlərə məlumatları bölüşə bilirlər. Yəni elə bir imkanları olur. Onlar da zərflər açılmadan öncə kimlərin hansı qiymət verdiyini bilirlər. Ondan bir az yuxarı qiymət verməklə istənilən mal və məhsulu əldə edə bilirlər. Bu, ciddi şəffaflıq problemidir. Məsələn, Türkiyədə canlı yayımda bu hərracları göstərirlər. İnsanlar görür, canlı yayımda belə təkliflərin verilməsini görmək mümkün olur və bu, daha şəffaf keçirilir”. 

İqtisadçı bildirib ki, şəffaflıq olmadıqca şübhələr qalacaq: 

“Şübhələr qaldıqca adi vətəndaşların o hərraclarda özlərinə sərf edən hansısa məhsulun və ya xidmətin, daşınan və daşınmaz əmlakın alınması təəssüf ki, çətinləşəcək.  Yəni prosedur qaydaları dəyişməsə, bu problem aradan qaldırmaq mümkün deyil. Əgər hərrac qaydalarına uyğun olaraq eyni vaxtda təkliflər verilmirsə, hərracı keçirənlərin böyük üstünlüyü, yəni öncədən məlumatlara çıxış imkanları varsa, burada elə hərracın özünün qaydaları və məntiq də pozulur. Hərrac elə olmalı deyil”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 31 Yanvar 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see313

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see305

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see272

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see253

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see253

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see251

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see236

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see233

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see229

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see210

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see208

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see208

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see207

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see206

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see205

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see202

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see197

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see196

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see186

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri