Icma.az
close
up
RU
“Uğur gətirən” Yeni il, doğum günü… və yeni doğulan bidətlər

“Uğur gətirən” Yeni il, doğum günü… və yeni doğulan bidətlər

Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Hər il təqvim dəyişikliyi ərəfəsində növbəti ilin gəlişi münasibətilə insanların təbrikləşməsi, bir-birilərinə istək və arzularını çatdırması ənənəvi haldır, lakin son illərdə qəribə yeni arzular meydana çıxıb. Bunlardan ən çox eşitdiyimiz "Yeni il sənə uğur gətirsin", "Yeni il sizə ruzi-bərəkət gətirsin", "Köhnə il xəstəlikləri aparsın, yeni il sağlamlıq gətirsin" və sair kimi bu məzmunda arzu-diləklərin, duaların izharına rast gəlirik. Eyni fikirlərə insanların ad günü təbriklərində də rast gəlirik - "Yeni yaşın uğur gətirsin".  

Xüsusən də gənc nəsil arasında çox məntiqsiz bir bidət ənənə formalaşıb - ad günü tortunun üstündə şamlar yandırıb arzu tutmaq, o arzunun gerçəkləşməsi ümidi ilə şama üfürmək. Üstəlik, bütpərəst Hinduizm tanrılarının inancını ifadə edən əlləri bükmə pozisiyası alaraq, şama dua etmək tendensiyası hər gün artır və populyarlaşır. Ən primitiv ideologiyalarda, hətta ateizm nəzəriyyəsində də belə cahil bir inanc yoxdur. Bu davranışa idiotizm desək, yəni kəmağıl, anadangəlmə əqli qüsur kimi baxsaq, anlayışla qarşılamaq olar, amma məsələ budur ki, bütün oxumuş, təhsilli, inancı olan-olmayan, amma ən azından primitiv savadı olan şəxslərdə bu davranışları görürük. Ateist də, deist də, iman gətirən də bilir ki, şam - bir maddə ki, bir neçə dəqiqəyə əriyib yox olur, insanın arzu-diləkləri ilə heç bir əlaqəsi yoxdur. Şam insanı heç bir arzusuna çatdıra bilməz, həmçinin yeni təqvim ili, yeni yaşı insana heç nə gətirə bilməz.       

Əvvəla, yeni il, yeni yaş, yeni dövr - bunlar zaman anlayışlarıdır. Zaman - içərisində olduğumuz, axarına düşdüyümüz, bizim iradəmizdən asılı olmayaq mövcud olan, hökm edə bilmədiyimiz bir substansiyadır. Zaman -  müstəqil bir varlıq və məxluq deyil, materiya deyil, maddiyyat deyil, idarəedici, həlledici qüvvə deyil. Zaman - realdır, amma nisbi anlayışdır, ümumiyyətlə isə, zaman hər hansı bir güc və qüdrətə sahib olan nə varlıqdır, nə anlayışdır. Belə olan halda, heç bir gücü-qüdrəti olmayan bir şey insana istədiklərini necə gətirə bilər?  "il, ay, gün, saat" və s. kimi ölçülərə ayrılmış zaman kəsimi insanı hansı arzularına çatdıra bilər, yaxud insan həyatına nəyisə necə gətirə və apara bilər?

Zaman necə yaranır, yeni il həyatımıza necə daxil olur, günlər bir-birini necə əvəz edir? Bütün qədim və müasir elmlər, istər fizika qanunları, Kvant nəzəriyyəsi, nisbilik nəzəriyyəsi, yaxud nisbi mexanika nəzəriyyəsi, istər astrologiya və astrofizika elmləri zaman oxunun necə yarandığını bilmir, vaxtın bütün sirlərini də aça bilmir. Ümumi ortaq elmi nəzəriyyələr budur ki, zaman mütləq bir gerçəklik deyil, nisbi anlayışdır. Həmçinin, insan zəkası zamana müdaxilə edilə bilmir. Çünki ZAMANIN SAHİBİ ALLAHDIR! 

Allah hər bir şeyin sahibi olduğu kimi, zamanı da yaradan, idarə edən Odur. Qurani-Kərim vasitəsilə "mütəşabih ayələr", yəni mənası tam dərk edilməyən ayələr nazil etdiyi kimi, bizim üçün nisbi qalan, mənasını anlaya bilmədiyimiz dünyəvi faktorlar da yaradıb. İdarəçisi Allah olan zaman anlayışı bizim üçün sadəcə nisbi deyil, həm də fərqli ölçülərdə mövcuddur. Uca Allah "Səcdə" surəsi 5-ci ayədə buyurur: "O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra (həmin işlər) sizin saydığınızın (dünya ilinin) min ilinə bərabər olan bir gündə ona doğru yüksələr".   

Göründüyü kimi, həm idarəedici olan Allahdır, həm də bizim bildiyimiz dünya ili ilə Allah qatındakı zaman kəsimləri çox fərqlidir. Həmçinin, "Məlikul-mulk" adının Sahibi, yəni bütün mülkün Sahibi Allahdır. Deməli, zamanın Sahibi də, onu idarə edən də Allahdır. Hansı zaman içərisində kimə nəyi nəsib edəcəyi də Allahın hökmündədir. Yeni təqvim ili, yeni yaş, yeni fəsil, bayramlar və s. insana nə uğur gətirə bilər, nə uğursuzluğunu apara bilər. Zaman - nə eşidir, nə görür, nə hansısa bir qüvvəyə, güc-qüdrətə sahib deyil. Zaman - nə ilahdır, nə ilahi qüvvədir. Deməli, "yeni ilin insana uğur gətirməsini", yaxud "uğurlu gəlməsini" arzu etmək, tortun şamına dua etmək ən yaxşı halda abstrakt anlayışdır, İslam dili ilə ifadə etsək isə, bunlar şirkdir.  

Qarşımızdakı zamanlarda özümüzə xeyirli olan nəyi istəyiriksə bunu yalnız Allahdan istəməliyik.Yeni ilimizdə, yeni yaşımızda nələr yaşayacağımız Allahın təyin etdiyi qədərdə yazılıdır, bütün olanlar və olacaqlar, bildiyimiz - bilmədiyimiz bütün məlumatlar Allah qatında "Lövhü Məhfuz" adlı kitabda yazılıdır. Ona görə də qədəri Yazana dua edərək, "Allah yeni ili bizim üçün uğurlu etsin, Allah yeni yaşında uğurlar qismət etsin" şəklində arzu etmək daha doğru olar.

Sevda İlhamqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 31 Dekabr 2024 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri